Marneulidə vətəndaş inteqrasiyası istiqamətində görülən işlərlə bağlı görüş keçiriləcək

Sabah, 29 iyun, saat 10:00 da Marneuli Bələdiyyəsinin böyük konfrans salonunda Barışıq və Vətəndaş İnteqrasiyası Nazirliyi və Kvemo Kartli Quberniyasının təşkilatçılığı ilə məlumat xarakterli görüş təşkil olunur. Görüşdə vətəndaş inteqrasiyası istiqamətində görülən işlər müzakirə olunacaq. Eyni zamanda Avropa İttifaqı ilə azad ticarət yönündə, Avropaya inteqrasiya prosesində Kənd Təsərrüfatının inkşafı yönündə mövcud problemlərə, imkanlara və yeniliklərə toxunulacaq.

Tədbirdə Barışıq və Vətəndaş İnteqrasiyası Nazirinin birinci müavini Petre Kankava, Kvemo Kartli Qubernatoru Qriqol Nemsadze, Kvemo Kartli Bələdiyyələrinin rəhbər şəxsləri, Qeyri Hökumət Təşkilatları, fermerlər, tsərrüfatçılar və mətbuat nümayəndələri iştirak edəcəklər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register