İsveçrə Xarici İşlər Nazirliyinin əməkdaşları Marneuli Bələdiyyəsinə qonaq gələcəklər
Sabah, iyunun 29 da, İsveçrə Xarici İşlər Nazirliyinin Şərqi Avropa ilə və Avrasiya ilə əməkdaşlıq departamentinin rəhbəri Elisabet Fon Kapeların rəhbərlik etdiyi nümayəndə heyəti Marneuli Bələdiyyəsinə qonaq gələcək.
Nümayəndə heyətinə həmçinin daxildirlər: İsveçrənin Gürcüstandakı Səfiri Lukas Beqlinger, İsveçrə Əməkdaşlıq Ofisinin Bölgə Rəhbəri Olivye Burk, Postsovet Ölkələri ilə Münasibətlər Departamentinin Rəhbəri Barbara Bion, Bölgə Rəhbərinin müavini Simone Haberli və Gürcüstanda İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri, BMT-nin inkşaf proqramı (UNDP) nümayəndələri və “Yaşıl Qafqaz” təşkilatının sədri.
Səfər çərçivəsində saat 15:00 da nümayəndə heyətinin Alget uşaq bağçasının inşaa prosesini gözdən keçirməsi planlaşdırılır. Nümayəndə heyətinin bölgəyə səfər etməkdə məqsədi İsveçrə tərəfindən həyata keçirilən layihələri gözdən keçirmək və bu layihələri həyata keçirən tərəfdaş təşkilatlar ilə görüşməkdir.
Amil Məmmədov2286 Posts
0 Comments