Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Whatsapp” istifadəçilərinin cəmi 5 dəqiqə vaxtı olacaq. “Whatsapp”-da bir neçə ildir ki, gözlənilən funksiya bu yaxınlarda istifadəyə veriləcək. “Whatsapp” şirkəti “iPhone”, “Android” və “Windows Phone” cihazlarından göndərilən bir mesajın necə geri qaytarıla biləcəyini açıqlayıb. Açıqlamaya əsasən “Geri qaytar” funksiyası ilə bir qrup və ya şəxsi mesajlaşma ekranında göndərilən mesajı geri qaytarmaq mümkün olacaq. Amma bunu qısa bir müddət ərzində həyata keçirmək lazımdır. Göndərilən mesajı geri qaytarmaq üçün maksimum 5 dəqiqə vaxt olacaq. Əks halda, mesajı geri qaytarmaq mümkün deyil. Əməliyyatın uğurlu keçməsini isə  ekrana çıxan “mesaj geri qayıtdı” cümləsi ilə anlamaq mümkündür. Mesajı geri qaytarmaq üçün isə “Android”-də mesaja toxunub basılı saxlayın, sonra isə “Menyu” düyməsinə – “Geri qaytar”a toxunun. “iPhone” və “Windows Phone”da isə mesaja toxunub basılı vəziyyətdə saxlayın. Sonra isə “Geri qaytar” düyməsinə toxunun. Əməliyyat uğurla başa çatsa, geri qaytardığınız mesaj söhbətdən silinir. Eyni şəkildə bir söhbətdə “mesaj geri qaytarıldı” yazısı görsəniz, bu göndərənin mesajı geri qaytardığı mənasına gəldiyini bildirir.

1

“Facebook” istifadəçilərinin sayı 2 milyarda çatıb. “Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb. Bunu “Facebook”un yaradıcısı Mark Zukerberq öz səhifəsində yazıb. “Sizinlə bu səfərdə olmaq şərəfdir”, – deyə Zukerberq qeyd edib. Bildirək ki, sosial şəbəkənin əsası 2004-cü ilin fevralında 19 yaşlı tələbə Mark Zukerberq tərəfindən qoyulub. Qərargahı ABŞ-ın Kaliforniya ştatında yerləşir.

2

“Batkıvşina” partiyasının lideri, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko ölkənin kompüter şəbəkəsini iflic edən “Petya.A” virusunu prezident Pyotr Poroşenko ilə müqayisə edib. Timoşenko “facebook” səhifəsində dərc etdiyi şəkilli statusda zarafatla bunları yazıb: “Yalnız hakimiyyətin yenidən yüklənməsi (perezaqruzka – red.) ölkəni xilas edə bilər!” Qeyd edək ki, iyunun 27-də baş verən kiberhücum nəticəsində Ukrayna və Rusiyada 80 şirkət zərər görüb.

3

“Son kiberhücumlar Rusiyanın internet şəbəkəsində ciddi fəsadlara səbəb olmayıb”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, müdafiə sistemləri həm dövlət, həm də korporativ səviyyədə etibarlı işləyir: “Prezidentin internet resursu da mükəmməl işləyir”. Peskov qeyd edib ki, kiberhücumlara qarşı dayanmaq üçün beynəlxalq əməkdaşlıq zəruridir: “Təəssüf ki, hücumlar davam edir. Heç bir ölkə kibertəhlükələrə qarşı kibertəhlükələrə dayana bilməz. Yersiz ittihamlarla bu cür problemlər həll olunmur”.

4

Cənubi Koreyanın “Samsung” şirkəti modernləşdirilmiş “Galaxy Note 7” smartfonlarını satışa buraxmağa hazırlaşır. Yeni qadcetlərin iyulun 7-də satışa çıxarılması gözlənilir. “Galaxy Note 7 FE” (fanat nüsxə) ilk olaraq Cənubi Koreya piştaxtalarında təqdim olunacaq. Qiyməti isə 616 dollar olacaq. Smartfonun satışa çıxarılacağı ölkələrin tam siyahısı hələlik bəlli deyil. Qeyd edək ki, “Galaxy Note 7” smartfonları batareyalarında yaranmış problem səbəbindən öz-özünə alışdığı üçün “Samsung” onları geri çağırmışdı.

5

“iPhone 8” smartfonu, deyəsən, arzu edən hər kəsə qismət olmayacaq. Çünki “Apple” şirkəti prezentasiyaya qədər cəmi 4 milyon ədəd “iPhone 8” buraxa biləcək. Buna səbəb “Apple”in əsas rəqibi “Samsung” şirkətinin istehsalı olan OLED-matritsaların alınmasındakı problemlərdir. Cənubi Koreya istehsalçısı payızda keçiriləcək təqdimata qədər məhz bu sayda OLED-matritsa tədarük edə biləcək. Halbuki əvvəllər “Apple” şirkəti 60 milyon ədəd “iPhone 8” buraxmaq planlarını açıqlamışdı. Mütəxəssislər məhdud tirajla buraxılacağını nəzərə alaraq “iPhone8″in qiymətinin gözləniləndən yüksək olacağını proqnozlaşdırırlar.

6

“Petya” virusuna yoluxma kiber hücümdan artıq 2 mindən çox istifadəçi ziyan çəkib. Bu barədə məlumatı “Kasperski laboratoriyası” yayıb. Qeyd olunub ki, hücumdan ən çox Rusiya və Ukrayna ziyan çəkib. Hücuma daha çox neft, enerji, telekommunikasiya, əczaçılıq şirkətlərinin, həmçinin dövlət orqanlarının kompüterləri məruz qalıb. Kompüterin blokdan çıxarılması üçün virus proqramı istifadəçidən 300 dolların ödənilməsini tələb edir.

7

YouTube-da ən məşhur videobloqerlərin bu il əldə etdikləri gəlirlərin toplam məbləği 70,5 milyon dollardır. Ötən il olduğu kimi, bu il də ən çox qazanan videobloqer, yəni vloqer isveçli Feliks Çelberqdir. YouTube-da “PewDiePie” niki ilə tanınan bu vloqerin illik gəliri 15 milyon dollardır. 2-ci yeri “Markiplier” nikli letspleyer və oyun şərhçisi Mark Fişbax tutub. Onun gəlirləri 5,5 milyon dollardır. Reytinqdə 3-cü yerdə “HolaSoyGerman” nikli çilili komik, musiqiçi, müğənni və yazıçı Erman Qarmendiya 5,5 milyon dollarla qərarlaşıb. Amerikalı müğənni, komik və aktrisa, “Miranda Sings” kimi tanınan Kollin Bollincer 5 milyon dollarlıq gəlirlə 4-cü yerdədir.

8

Kompüter virusu “Petya” Polşaya qədər gəlib çıxıb. Bu barədə “Niebezpiecznik.pl” ixtisaslaşdırılmış portalı məlumat yayıb. Hücumları polşa şirkətləri üçün idarəetmə bürosunun direktoru Exatel Yakub Toxdur da təsdiqləyib. Eyni zamanda Avstraliyanın Tasmaniya ştatının paytaxtı Xobarte şəhərindəki “Cadbury” şokolad fabriki ötən gecə kiberhücuma məruz qalıb. Bu barədə ABC telekanalı həmkarlar ittifaqlarındakı mənbələrə istinadla məlumat yayıb.

9

Norveç ərazisində beynəlxalq şirkətlərdən birinin serverinə haker hücumu edilib. “Röyters” agentliyi xəbər verir ki, bu haqda Norveç xüsusi xidmət orqanları bildirib. Agentliyin məlumatına görə, xüsusi xidmət orqanları şirkətin adını açıqlamaqdan imtina ediblər. Daha əvvəl yayılan məlumata görə, müxtəlif ölkələrdə haker hücumlarının bütöv seriyası həyata keçirilib. Rusiyanın “Rosneft” şirkətindən bildiriblər ki, onun serverləri güclü haker hücumuna məruz qalıb. Şirkət bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan başqa, Ukraynanın ən böyük mobil operatoru olan “Ukrtelekom” haker hücumuna görə işləmir. Hakerlər həmçinin İspaniyada “International” və “DLA Piper” şirkətlərinin serverlərinə hücum ediblər. Şirkətlərin ofislərinin işi tamamilə iflic olub. Danimarkanın yükdaşıma şirkəti “A.P. Moller-Maersk” da kiberhücuma məruz qalıb. Şirkətin kompüter sistemləri sıradan çıxarılıb.

10

Ukrayna və Rusiyanı da əhatə edən kiber hücum Avropaya və ABŞ-a da yayılıb. Təcavüzdən əziyyət çəkən ən mühüm mərkəzlərdən biri 1986-ci ildə nüvə fəlakətinin baş verdiyi Ukraynanın Çernobıl atom elektrik stansiyasıdır. Ukrayna mediasında yer alan xəbərlərdə bildirilir ki, stansiyadakı bir çox kompüter, ötən may ayında 150 ölkəyə təsir göstərən “Wannacry (Ağlamaq İstəyirəm)” proqramla eyni üsulda olan virus proqramı tərəfindən edilən hücumdan zərər çəkib. Ukraynanın “Pravda” qəzetinə bəyanatlar verən stansiya direktoru Vladimir İlçuk kompyuter mütəxəssislərindən ibarət bir qrupun hücumun təsirlərini aradan qaldırmaq üçün çalışdığını və stansiyada radiasiya sızması riski olmadığını bildirib. İlçuk stansiyada radiasiya səviyyəsinin hazırda əllə ölçüldüyünü də qeyd edib. Ukrayna hökuməti, ölkənin təyyarə istehsalçısı “Antonov” şirkəti, ölkədəki bəzi banklar və paytaxt Kiyevdəki Borispol Beynəlxalq Hava Limanı da kiber hücumlara məruz qalıb. Rusiyada isə təcavüzdən əziyyət çəkən ən böyük şirkət ölkənin ən böyük neft şirkəti Rosneft olub. Hücuma səbəb olan proqramın Avropanın bəzi ölkələrində və ABŞ-da da yayıldığı, bəzi mühüm şirkətlərin kompüterlərini ələ keçirdiyi bildirilib. Fransanın qatar nəqliyyatı şirkəti olan SNCF, Hollandiyanın yük şirkəti TNT, Danimarkanın nəqliyyat şirkəti Moller-Maersk, İspaniyanın qida şirkəti Mondelez, Böyük Britaniyanın reklam agentliyi WPP, ABŞ-ın dərman şirkəti Merck və hüquq firması DLYA Pirer qlobal hücuma məruz qalan böyük firmalar arasındadır. Hücumdan bir çox kiçik şirkətin də zərər gördüyü bildirilir. Həmin şirkətlərin ələ keçirilən kompüterlərinin yenidən istifadəsi üçün 300 dollar tələb edilir.

11

“Qualcomm” şirkəti, orta qiymət göstəricili smartfon və planşetlər üçün nəzərdə tutulmuş yeni Snapdragon 450 çipini təqdim etdi. Yeni çip, 14 nanometrlik prosessor üzərində qurulub və ikili kamera ilə sürətli enerji yığma funksiyasını dəstəkləyir. Snapdragon 450, “Qualcomm”un Snapdragon 435 çipini əvəz edəcək. Belə ki, yeni prosessor və qrafik sürətləndirici əvvəlki modeldən 25% daha güclüdür. Texniki göstəricilərinə gəldikdə yeni Snapdragon 450, 1.8 GHz tezlikli 8 nüvəli Cortex-A53 prosessoru, 600 MHz tezlikli Adreno 506 qrafik özəlliyi, FinFET texnologiyalı 14 nanometrlik texprosessor ilə təchiz olunub. Yeni Snapdragon 450 həmçinin enerji cəhətdən də çox efektivdir. Bu çipə sahib olan smartfonlar, Snapdragon 435 çipinə sahib olan smartfonlardan 4 saat daha çox çalışa biləcəklər. Bundan əlavə olaraq smartfonda oyunlar oynayan zaman enerji sərfiyyatı 30% aşağı düşəcək. Yeni çip sürətli enerji yığma funksiyasını dəstəkləyir və çipin yaradıcıları 35 dəqiqə ərzində 80% enerji yığmanı təsdiqləyirlər. Daha bir yenilik isə ondan ibarətdir ki, Snapdragon 450-ə ikili kamera dəstəklənməsi əlavə olunub. Belə ki, yeni çip, 13 MP-lik ikili arxa kameranı və ya 21 MP-lik tək arxa kameranı dəstəkləyir. Bu çipə sahib smartfon, saniyədə 60 kadr vasitəsilə Full HD videoçəkiliş sərgiləyə bilər. Snapdragon X9 modemi sayəsində Snapdragon 450, saniyədə 300 Mbit internet sürətini də dəstəkləyir.

12

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register