Tbilisi meriası vahid milli imtahanlarla bağlı iyulun 3-dən 27-ə kimi xüsusi müvəqqəti marşrut təyin edəcək

avtobus-tblisi

Tbilisi meriası vahid milli imtahanlarla bağlı iyulun 3-dən 27-ə  kimi, 27-si də daxil olmaqla 4 xüsusi müvəqqəti marşrut təyin edəcək. Avtobuslar sərnişinlərə standart tariflə – 50 tetriyə xidmət göstərəcəklər. Müvəqqəti marşrutlarda munisipal nəqliyyat aşağıdakı sxemlə hərəkət edəcək:

-Metro “Axmeteli teatrı” – 175 saylı ictimai məktəb. Qobronidze küçəsindən hərəkətə başlayacaq, Dumbadze prospektinə dönəcək və sərnişinləri Muxiani 3-cü mikro rayonuna, 175 saylı ictimai məktəbə aparacaq. Avtobus əks istiqamətdə də eyni marşrutu keçəcək.

– Metro “Axmeteli teatrı” -39, 173 və 177 saylı ictimai məktəblər. Xizanişvili küçəsindən hərəkətə başlayacaq, sağa, Naneişvili küçəsinə dönəcək, 39 və 173 saylı ictimai məktəbləri keçəcək və Kecxoveli küçəsi ilə 177 saylı ictimai məktəbə gedəcək. Avtobus “Axmeteli” metrosuna Naneişvilo və Bocorişvilo küçələrini keçməklə qayıdacaq.

– Metro “Varketili” – 177 saylı ictimai məktəb. Avtobus Cavaxeti küçəsindən keçəcək, “Varketili körpüsü”nə qədər qayıdacaq, sağa, Şuamta küçəsinə dönəcək və hərəkətini 117 saylı ictimai məktəbdə başa vuracaq. Əks istiqamətdə isə Şuamta, Kaloubani və Cavaxeti küçələrini keçməklə yenidən “Varketili”yə qayıdacaq.

– Metro “Samqori”nin yuxarı çıxışı – 103 saylı ictimai məktəb. Hərəkətə ” Samqori” yaxınlığındakı Kaxeti döngəsindən başlayacaq, Kakabeti küçəsinə dönəcək və sərnişinləri Ğvareli meydanına, 103 saylı ictimai məktəbə aparacaq. Əks istiqamətdə avtobus Kakabeti və Ramişvili küçələrini keçməklə Kaxeti döngəsinə qayıdacaq və hərəkətini “Samqori” metrosunun yuxarı çıxışında başa vuracaq.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register