Qia Volski: Əfqan Muxtarlının işi ilə bağlı istintaq komissiyasının yaradılması peşəkar istintaqa mane olacaq

efqan

Parlamentin vitse-spikeri Qia Volskinin bəyənatına görə, Əfqan Muxtarlının işi ilə əlaqədar Parlamentdə istintaq komissiyasının yaradılması düzgün qərar olmayacaq. Volski bildirib ki, oxşar komissiyanın yaradılması istintaqın gedişatına mane olacaq və prosesə siyasi təsir göstərəcək.

“Mənim fikrimcə istintaq komissiyasının yaradılması siyasi komandaların birləşməsi ilə peşəkar istintaqın çalışmasına mane olacaq. Prosesə siyasi təsiri olacaq ki, bu da düzgün deyil. Bunun primitiv mövzu olduğunu deyən adam da düz deyil. Bu, çoxaspektli məsələdir və istintaq da çox intensiv gedir. Çoxlu araşdırmalar aparılıb. Bundan dolayı düşünürəm ki, istintaq komissiyasının yaradılması düzgün olmayacaq”,- deyə Qia Volski bildirib.

Parlament müxalifəti Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı Parlamentdə istintaq komissiyasının yaradılmasını tələb edir. Məsələni plenar sessiyada bu gün müzakirə edəcəklər.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register