Marneulidə fermer və biznesmenlərlə görüş keçirildi
29 iyun tarixində Marneuli Bələdiyyəsinin böyük konfrans salonunda Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın dövlət nazirinin 1-ci müavini, İqtisadiyyat və Davamlı İnkişaf, həmçinin Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndələri ilə birlikdə Marneulidə məlumat xarakterli görüş keçirildi.
Görüşdə Kvemo Kartli bölgəsinin yerli hakimiyyətlərinin, qeyri hökumət təşkilatlarının nümayəndələrinin, həmçinin, sahibkarlar və fermerlərin iştirak etdiyi görüşdə Petre Kankava mülki inteqrasiya istiqamətində həyata keçirilmiş və planlaşdırılan tədbirlərdən danışdı.
Görüş Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatı və Kvemo Kartlidə Dövlət Səlahiyyətli Nümayəndələri administrasiyasının təşkilatçılığı ilə keçirildi. Kənd Təsərrüfatı, İqtisadi və Davamlı İnkişaf Nazirliklərinin nümayəndələri Avropa İttifaqı ilə azad ticarət baxımından kənd təsərrüfatının inkişaf imkanları haqqında danışdılar. Onlar yerli sahibkarlar və fermerləri Avropa İttifaqı ilə dərin və hərtərəfli ticari müqavilənin şərtlərinin onlar üçün fayda və perspektivləri ilə tanış etdilər.
“Milli azlıq nümayəndələri ilə Avropa İttifaqı ilə azad ticarətin yerli istehsalata və ümumiyyətlə, əhaliyə verəcəyi faydalardan danışdıq. Yerli qeyri hökumət təşkilatları və mətbuat nümayəndələrinə Dövlət Naziri Aparatının səlahiyyətləri çərçivəsində mülki inteqrasiya baxımından həyata keçirilmiş və planlaşdırılan tədbirlər haqqında məlumat çatdırdıq. Bizim aparat bu istiqamətdə işlərini davam etdirir, etnik azlıqların nümayəndələrinin məskunlaşdığı bölgələrdə müxtəlif, əhali üçün aktual mövzularda görüşlər planlaşdırılıb”, – deyə, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın dövlət nazirinin 1-ci müavini Petre Kankava bildirdi.
“Bizim nazirliyin başçılığı ilə Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliklərinin nümayəndələrini gətirdik, yerli hakimiyyətlə, quberniya, yerli biznesmenlərlə, qeyri hökumət təşkilatları ilə görüşürük. Bu insanlarla birbaşa danışa biləcəyimiz, onlara Avropa İttifaqı ilə əldə olunmuş razılaşmadan əldə olunacaq faydalar barədə məlumat verə biləcəyimiz unikal imkandır. Biz kənd təsərrüfatı və iqtisadiyyatın verdiyi imkanlardan danışdıq, bu barədə açıq müzakirəmiz olacaq və biz bu istiqamətdə bölgəni maraqlandıran bütün vacib məsələləri müzakirə edəcəyik. Bu bizim bu il keçirdiyimiz ilk görüşdür, lakin biz bunu davam etdirəcəyik, başqa-başqa anazirliklərin nümayəndələrini etnik azlıqların yığcam şəkildə yaşadığı bölgələrə gətirəcəyik və onların ehtiyaclarının həll olunması və dövlət tərəfindən dəstək haqqında danışacağıq”.
Görüşdə iştirak edən Kvemo-Kartli qubernatounun müavini Zaur Darğallı bildirdi ki, bölgə əhalisinin əksər hissəsinin gürcü dilini bilməməsi üzündən müxtəlif dövlət layihələri haqqında məlumatı yoxdur.
Tədbirdə iştirak edən fermer İsə İsayev bildirdi ki, bu cür tədbirlərin keçirilməsi fermerlər üçün çox vacibdir.
Tədbir müzakirə şəklində başa çatdı.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments