Marneulinin musiqi məktəbinin klassik musiqi konserti keçirildi

Marneuli medeniyyet evi

29 iyun tarixində Marneulinin Mədəniyyət Evidə klassik musiqi konserti keçirildi. Konsertdə Mədəniyyət Mərkəzinin musiqi məktəbinin şagirdləri çıxışlar etdilər. Tədbirdə Marneuli Bələdiyyəsinin İcra Başçısı Merab Topçişvili, İcra Hakimiyyəti əməkdaşları, valideynlər, pedaqoqlar və konsertlə maraqlanan digər şəxslər iştirak etdilər. Bu haqqda ətraflı məlumatı musiqi məktəbinin direktoru İrina Samxaradze danışdı.

“Bu gün biz Marneuli musiqi məktəbinin şagirdlərinin konsertini, klassik musiqi axşamı keçiririk. Burada müxtəlif müsabiqələrdə qalib gəlmiş şagirdlər iştirak edirlər. Konsert iki hissədən ibarətdir, birinci hissədə müsabiqə iştirakçıları iştirak edirlər, ikinci hissədə isə musiqi məktəbinin açıq hesabat konserti keçiriləcək. Proqramda həm gürcü, həm də xarici bəstəkarların əsərləri var”.

Konsert musiqi məktəbinin şagirdləri çıxışları ilə başa çatdı.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register