İsveçrə hakimiyyət nümayəndələrinin Marneuliyə səfəri baş tutdu

news3

29 iyun tarixdə Marneuliyə İsveçrə Xarici İşlər Nazirliyinin Şərqi Avropa ilə və Avrasiya ilə əməkdaşlıq departamentinin rəhbəri Elisabet Fon Kapeların rəhbərlik etdiyi nümayəndə heyəti səfər etdi. Nümayəndə heyəti ilə Marneuliyə İsveçrənin Gürcüstandakı Səfiri Lukas Beqlinger, İsveçrə Əməkdaşlıq Ofisinin Bölgə Rəhbəri Olivye Burk, Postsovet Ölkələri ilə Münasibətlər Departamentinin Rəhbəri Barbara Bion, Bölgə Rəhbərinin müavini Simone Haberli və Gürcüstanda İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri, BMT-nin inkşaf proqramı (UNDP) nümayəndələri və “Yaşıl Qafqaz” təşkilatının sədri gəlmişdilər.
Səfər çərçivəsində iş görüşməsi baş tutdu. Orada İcra Başçısı qonaqlara bələdiyyə haqqında məlumat verdi, Marneulidə vətəndaş fəallığı, milli azlıqların problemləri, dövlət strukturlarında çalışanların ixtisaslaşdırılmasından, bu istiqamətdə həyata keçirilən layihələrdən və gələcək planlardan söhbət açdı.
Görüşün ikinci hissəsi infrastruktur layihələrə baxışı nəzərdə tuturdu. Səfər çərçivəsində nümayəndə heyəti İcra Başısı Merab Topçişvili, BMT-nin inkşaf proqramı (UNDP) nümayəndələri ilə birlikdə Alget uşaq bağçasının inşaa prosesini gözdən keçirdilər.
Nümayəndə heyətinin bölgəyə səfər etməsində məqsəd İsveçrə tərəfindən həyata keçirilən layihələri gözdən keçirmək və bu layihələri həyata keçirən tərəfdaş təşkilatlar ilə görüşməkdir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register