Marneuli Bələdiyyə məclisinin növbədənkənar iclası keçirildi

marneuli

29 iyun tarixində Marneuli Bələdiyyə məclisinin növbədənkənar iclası keçirildi. Ətraflı məlumatı Marneuli Bələdiyyə Məclisi aparatının rəhbəri Nino Beridze radiomuza məlumat verdi.

“Bu gün Marneuli bələdiyyəsinin icraçı orqanının müraciəti əsasında Yerli Özünüidarə Məcəlləsinə müvafiq olaraq Marneuli Bələdiyyə məclisinin növbədənkənar iclası keçirildi. İki məsələ müzakirə olundu. Bunlar biri Marneuli bələdiyyəsinin 2017-ci il büdcəsinə ediləcək dəyişikliklər və Marneuli bələdiyyəsi tərəfindən tikilmiş dörd ayin evinin “Supta Marneuli”-yə verilməsi idi. Bu bizim tərəfimizdən yaradılmış, 100% hissəsi bizə məxsus olan hüquqi şəxsdir. Bu günkü növbədənkənar iclasın əsas mövzuları bunlar idi”.

Tədbir diskusiya şəklində başa çatdı.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register