Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 30.6.2017-cı il.

Azərbaycanlı yazıçı, maarifçi, şair, materialist filosofu və ictimai xadim, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi, “müsəlman Molyeri” titulunun sahibi Mirzə Fətəli Axundov 30 iyun1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Axundov həmçinin romantik və müasir iran millətçiliyinin sələflərindən biri idi.

1859-cu ilin 30 iyununda Fransız akrobat Çarles Blondin Niagara şəlaləsinin üstündən asılmış ipin üzərindən keçdi.

1905-ci ilin bu günü Albert Einştein hərəkətli cisimlərə Elektrodinamika adlı məqaləsini yayımlayaraq xüsusi nisbilik nəzəriyyəsini ortaya atmış oldu.

İki Amerikan sərnişin təyyarəsi Arizonada Grand Canyon üzərində havada toqquşdu. Nəticədə 128 nəfər dünyasını dəyişdi. Bu hadisə 1956-cı ilin 30 iyununda baş vermişdir.

30 iyun 1971-ci ildə Rus kosmos vasitəsi Soyuz 11 hava anbarlarında meydana gələn qəza səbəbindən partlayış baş verdi.

1997-xi ilin bu günündən Birləşmiş Krallıq Hong Kongun idarəsini Çinə təhvil verdi.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register