Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Dünyanın öndə gələn texnologiya şirkətlərindən sayılan “Apple” ağıllı telefon istehsalı ilə bazar dəyərini hər il daha da artırır. İstehsal etdiyi cihazlarla texnologiyada yeni cığır açan şirkətin bazar dəyəri 750 milyard dollar təşkil edir. Bu da öz növbəsində 183 ölkənin illik gəlirindən daha çoxdur. Təkcə telefonların satışından ötən il 136,7 milyard dollar gəlir əldə edən şirkət 10 il öncə San Fransiskoda Stiv Cobs tərəfindən cəmiyyətə təqdim olunub. Qısa zamanda maraqla qarşılanan cihazlar bu gün dünyanın dörd bir yanında insanların dəyişməz seçimlərinə çevrilib.
Süni intellektin hesabına ÜDM-in həcmi 90 trilyon dollara çatacaq. 2030-cu ilə qədər dünya üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi süni intellektin hesabına 15,7 trln. dollar artaraq 90 trln. dollara çatacaq. Bu barədə “PwC” audit şirkətinin hesabatında qeyd olunub. Bildirilir ki, artımın 6,6 trln. dollarlıq hissəsi istehsal proseslərinin avtomatlaşdırılması və süni intellekt sayəsində əmək resurslarının artması hesabına təmin olunacaq. Qalan 9,1 trln. dollarlıq ÜDM isə fərdi istehlaka hesablanmış, yüksək keyfiyyətli məhsul istehsalı sayəsində formalaşacaq.
“Petya” virusunun yayılma mənbəyi bəlli oldu. ESET şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, “Petya” virusunun yayılma mənbəyi Ukraynada geniş istifadə olunan yoluxmuş “M.E.Doc” mühasibatlıq proqramları olub. Bu barədə marneulifm.ge “Russia Today” televiziyasına istinadən xəbər yayıb. Virusa yoluxma yenilənmiş proqramları yüklədikdən sonra baş verib. Bundan sonra haker hücumu Avropa, Asiya və Amerika ölkələrinə qədər yayılıb. “İzvestiya” qəzeti isə xatırladır ki, korporativ şəbəkənin “Petya” virusu ilə yoluxması üçün cəmi bircə ədəd nasaz kompüterin olması kifayətdir. Bundan sonra proqram digər cihazlara da yayılmağa başlayır. Əlavə edək ki, “Petya” virusunun ən böyük hücumun sayı Ukrayna, İtaliya və İsrailin payına düşüb.
“iPad” və “MacBook” noutbukları insan orqanizminə təhlükə yaradır? “Greenpeace” beynəlxalq ekologiya təşkilatı təbiət və insan sağlamlığı üçün zərərli olan Siyahıya “Apple” şirkətinin istehsalı olan “iPad” və “MacBook” noutbukları başçılıq edir. Onun ardınca isə “Samsung” və LG cihazları gəlir. Ekoloji baxımdan ən təhlükəsiz cihazlar isə “Dell” və HP şirkətinin smartfonları olub. “Greenpeace” əməkdaşlarının sözlərinə görə, bu smartfonların şüalanması insan orqanizminə və ətraf mühitə minimal təsir göstərir.
Belarusun “Al Matter” şirkəti onlayn olaraq saçları başqa rəngə rəngləməyə imkan verəcək əlavə yaradıb. “Al Matter” şirkətinin yeni “Fabby Hair” xidməti istifadəçilərə saç üçün istənilən rəng çalarını seçməyə imkan verir. Onlayn rejimdə işləyən əlavəni smartfona yükləmək mümkündür. Saçları rəngləmək üçün istifadəçi öz şəklini yükləməlidir və istənilən rəngi seçə bilər. Qeyd etmək lazımdır ki, əlavədə olduqca çoxlu sayda rəng çalarları mövcuddur. Onların arasında standart və ekstravaqant rəng çalarları da avr. Tərtibatçılar iddia edirlər ki, bu əlavədə saçın rəngləri olduqca təbii görünməlidir.
Yaponiyanın “Sony” şirkəti yaxın zamanlarda vinil qrammofon vallarının istehsalını bərpa etmək niyyətindədir. Bu barədə smart texnikanın istehsalçısı olan şirkətin rəsmi saytında məlumat dərc edilib. Qeyd edilir ki, bu növ məhsulların istehsalı 28 illik fasilədən sonra bərpa ediləcək. “Sony” korporasiyasının sonuncu qrammofon valı 1989-cu ildə istehsal edilib. Növbəti illərdə CD disklərin sürətlə yayılması vinil valların istehsal edilməsini məqsədəuyğun etməyib. Ancaq hazırda smart texnika istehsalçısı olan Yaponiya şirkəti “sıradan çıxmış məhsullar”ın məhdud tirajını reallaşdırmaq qərarına gəlib. Qeyd edilir ki, qrammofon vallarının istehsalına artıq bu il başlanacaq. Yaponiya KİV-də belə məlumat dərc edilib ki, korporasiyanın bir bölməsi artıq paytaxtın mərkəzi regionundakı “Sony” zavodunu vinil valları tökmək üçün press formalarla təchiz edib.
“Greenpeace” beynəlxalq ekologiya təşkilatı təbiət və insan sağlamlığı üçün zərərli olan cihazların siyahısını tərtib edib.Burada söhbət cihazlardan yaranan zərərli şüalanmadan gedir. Siyahıya “Apple” şirkətinin istehsalı olan “iPad” və “MacBook” noutbukları başçılıq edirlər. Onun ardınca isə “Samsung” və LG cihazları gəlir. Ekoloji baxımdan ən təhlükəsiz cihazlar isə “Dell” və HP şirkətinin smartfonları olub. “Greenpeace” əməkdaşlarının sözlərinə görə, bu smartfonların şüalanması insan orqanizminə və ətraf mühitə minimal təsir göstərir.
https://www.flickr.com/photos/144535053@N04/34781167684/in/dateposted-public/
Hindistanda “Xiaomi Redmi 4” smartfonlarının satışında rekord qeydə alınıb. Çin brendinin bu ölkədə 1 milyondan artıq cihazı satılıb. Qeyd etmək lazımdır ki, “Xiaomi” şirkətinin nümayəndələri bu yaxınlarda bildiriblər ki, “Remi 4” smartfonu cəmi 30 gün ərzində Hindistanda milyon tirajla satılıb. Bu, “Xiaomi Redmi Note 4” modelinə bu uğura nail olmaq üçün lazım olan müddətdən iki həftə azdır. “Xiaomi Redmi 4” smartfonunun 250 min ədədik ilk partiyası satışlar başlayandan cəmi 8 dəqiqə sonra tam olaraq satılıb. Vurğulayaq ki, bu cihaz Hindistanda iki variantda satılır. Bunun biri 2 Gb əməliyyat və 16 Gb daxili yaddaşlı, digəri 4 Gb əməliyyat və 64 Gb flaş yaddaşlı variantlı modellərdir.
“Ulduz müharibələri”nin bir neçə bölümündə istifadə olunmuş R2-D2 robotu Kaliforniyadakı hərracda 2,76 milyon dollara satılıb. Robot “Profiles in History” hərrac evində satışa çıxarılmış ən bahalı əşya olub. Robotu kimin aldığı açıqlanmayıb. Hərracın lotları arasında “Ulduz müharibələri”nin ilk 2 filmindən Luk Skayoukerin işıq qılıncını (450 min dollar) və Dart Veyderin 96 min dollara satılan dəbilqəsini də göstərmək olar.
ABŞ-dan olan ixtiraçı batareyasız işləyən “gələcəyin telefonu”nu yaradıb. Cihaz radio dalğaların olunması prinsipi ilə çalışır. Batareyasız çalışan mobil telefonun prototipi uzun illər ərzində üzərində işlədikdən sonra Vaşinqton Universitetinin elmi əməkdaşı Bamsi Talla tərəfindən yaradılıb. Cihaz radio dalğaları əks etdirməyə imkan verən əks dağınıqlıq prinsipi ilə işləyir. Batareyasız telefon adi telefondan ucuz olacaq. Onun işləməsi üçün “Skype” vasitəsilə cihazı rəqəmsal şəbəkəyə qoşa biləcək baza stansiyaları fəaliyyət göstərməlidir. Nə qədər ki, cihaz bu siqnalları enerji toplamaq üçün istifadə edir, o zaman baza stansiyasından cəmi 15 metr uzaqlıqda işləyə bilir. Gələcəkdə möcüzəvi telefonun tərtibatçıları ev Wi-Fi-si və ya adi telefon qülləsindən istifadə etməklə enerji ilə doldurma sxemini reallaşdırmağı planlaşdırırlar. Onlar yüzlərlə dəfə daha böyük gücə malikdirlər və tutumun uzaqlığını 1 kilometrə qədər artırırlar.
“Sony” şirkəti “Mobile World Congress” çərçivəsində sifətin üçölçülü (3D) tanınması sistemi ilə təchiz edilən yeni “Xperia” smartfon modelini nümayiş etdirməyi planlaşdırır. Yenilənmiş sifət skaneri “SoftKinect” şirkətinin mühəndisləri tərəfindən hazırlanan xüsusi dərinlik ötürücüsündən və İsveçrənin “KeyLemon” şirkətinin mütəxəssislərinin ərsəyə gətirdiyi biometrik audentifikasiya proqram təminatından ibarətdir. “Sony” nümayəndələrinin sözlərinə görə, yeni texnologiya sifətin ənənəvi ikiölçülü tanınması funksiyası ilə müqayisədə daha təhlükəsizdir, çünki onu fotoşəkillər vasitəsilə aldatmaq qeyri-mümkündür. “3D” audentifikasiya sisteminə malik ilk qurğunun nə vaxt təqdim ediləcəyi barədə açıqlama verilməsə də, funksiyanın Yaponiya istehsalçısının qabaqcıl smartfonlarından birində quraşdırılacağı ehtimal edilir. Xatırladaq ki, bundan əvvəl “JPMorgan” investisiya bankının analitikləri “iPhone 8” modelində sifətin “3D” tanınması texnologiyasının quraşdırılacağı barədə məlumat versələr də, “Apple” şirkəti bu barədə açıqlama verməkdən imtina edib.
Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Note 7 Fandom Edition” smartfon modelini iyulun 7-də təqdim etməyi planlaşdırır. Dörd yüz nümunədə buraxılacaq smartfonun bir hissəsi Cənubi Koreya bazarı üçün nəzərdə tutulub. Şirkətin yaydığı məlumata görə, “Galaxy Note 7 FE” digər ölkələrdə də satışa çıxarılacaq, lakin hazırda həmin ölkələrin siyahısı məlum deyil. Bundan əvvəl şirkət nümayəndələri ABŞ-da bərpa edilən “Note 7” modelinin satışının dayandırılmasını təsdiq ediblər. Bununla yanaşı, onlar “Note 7” smartfonunu “Galaxy S8” və “S8+” modellərinin satışı üçün təhlükəli hesab edirlər. “Galaxy Note 7 Fandom Edition” smartfonunun təxmini qiyməti 700 dollar təşkil edəcək. Qeyd edək ki, “Samsung” şirkətinin ötən il təqdim etdiyi “Galaxy Note 7” smartfon modeli 5,7 düymlü ekran, səkkiznüvəli “Exynos 8890” prosessor, 4 giqabaytlıq operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Şirkət akkumulyatorun qızması nəticəsində baş verən partlayışlardan sonra smartfonu satışdan çıxarmaq məcburiyyətində qalıb.
“iPhone” ləng işlədiyini düşünürsünüzsə, edəcəyiniz bir neçə sadə addım var. Onları təqdim edirik: 1.Köhnə fotoşəkillərdən xilas olun. Yüzlərlə fotoşəkili telefonunuzda saxlamaq yerinə, onları “iPhoto” ilə və ya “iCloud” ilə internetdə saxlamaq mümkündür. 2. Lazımsız proqramları silin. 3. Artıq mesajları silin. 4. “iPhone” web browser Safari yaddaşını silərək yaddaşı sürətləndirmək mümkündür. 5. Avtomatik yenilənmələri bağlayın.
“Xiaomi”nin nə zaman rəsmi olaraq təqdim olunacağı dəqiqləşməyən yeni smartfon telefonu Xiaomi Redmi Pro 2-nin texniki detalları sızdırıldı və maraqlı bir məlumat ortaya çıxdı. Gizchina adlı internet saytının əldə etdiyi məlumatlara görə Xiaomi Redmi Pro 2-nin texniki detalları ortaya çıxmış oldu. Əgər bu məlumatlar doğrudursa cihazda AMOLED ekran yer almayacaq və 3 GB yaddaş sahəsi tutumuna sahib olacaq. Digər xüsusiyyətlər nələrdir? Bunların xaricində Xiaomi Redmi Pro 2-də 12 MP və 5 MP-lik iki kamera qurğusu və ön tərəfdə də 16 MP-lik selfie kamerası yer alacaq. Kameralardan 12 MP-lik olan Sony-nin IMX362 qəbul edicisindən istifadə edərkən, 5 MP-lik ikinci kamera isə Samsung-un S5K4E8 qəbul edicisi ilə istehsal ediləcək.
Məşhur insayder Evan Blass, Galaxy Note 8 haqqında yeni məlumatları təqdim edib. Evan Blass-ın məlumatlarına əsasən Galaxy Note 8, smartfon bazarında ən bahalı cihaz olacaq və o, Sentyabr ayının ikinci yarısında satışa çıxacaq. Qeyd etmək lazımdır ki, əvvəlki şaiyələrə əsasən smartfon bu ilin Avqust ayında satışa çıxmalı idi. Bundan əlavə olaraq Blass qeyd edib ki, yeni çıxacaq smartfonun qiyməti 900$ təşkil edəcək. Hal hazırda Galaxy S8-in qiymətini nəzərə alsaq, Galaxy Note 8 üçün bu cür qiymət göstəricisi çox böyükdür. Bir sıra məlumatlara əsasən Galaxy Note 8, 6.3 inç-lik ekran, Snapdragon 835 və ya Exynos 8895 prosessorları (hansı ölkələrdə satılacağından asılı olaraq), 6 GB RAM, 3300 mAh enerji tutumlu batareya və yeni S-Pen stilusu ilə təchiz olunacaq. Evan Blass qeyd edib ki, yeni modeldə barmaq izi skanı, Galaxy S8-də olduğu kimi arxa pnaeldə yerləşən kameranın yanında olacaq.
Gameloft-un mobil platformalar üçün yeni yarış oyunu Asphalt Street Storm Racing təqdim olundu. Oyun,Asphalt Street Storm Racing adlandırılır və oyunçuları yeni bir dünyaya aparmağı vəd edir. Sevimli avtomobilinizi seçin və dünyanın ən yaxşı şəhərlərində yarışın. Oyunçular klassik avtomobillərdən yeni turbo süper vasitələrə qədər avtomobilləri təchiz edə bilər və, xüsusiləşdirə biləcəklər. Tək multiplayer yarışların yanında, Gameloft-un oyunu, 4 nəfərlik yarış variantına da sahibdir. Gameloft-un açıqlamalarına görə, Asphalt Street Storm Racing-in “möhtəşəm 3D vizuallar və təbii işıq simulator”nun yanında konsol səviyyəsində HD qrafikada var.
Müxtəlif videobloggerlər, smartfonların dözümlüklərini yoxlamaq üçün yeni üsullar axtarmaq da davam edirlər. Bu dəfə Tennet’s Lager adlı YouTube kanalının videobloggerləri, Samsung Galaxy S8 smartfonunu sözün əsl mənasında isti yağın içində qızardıblar. İlk öncə təcrübəçilər sözügedən smartfonu xüsusi mayenin içinə daxil ediblər. Bu maye əsasən fast food məkanlarda toyuqların qızardılmasında istifadə olunur. Daha sonra onlar 200 dərəcə temperaturlu isti yağa smartfonu atıb 1 dəqiqə gözləyiblər. Qeyd etmək lazımdır ki, Galaxy S8, IP68 standartına uyğun sudan və tozdan qorunsa da, o bu cür ciddi təcrübə üçün nəzərdə tutulmayıb. Spoiler vermək istəmədiyimiz üçün smartfonun aqibətinin necə olduğunu bilmək istəyirsinizsə aşağıdakı videoya baxın.
Arizona Universitetindən olan astronomlar Kathryn Volk və Renu Malhotra, Günəş sistemində daha iki planetin olma ehtimalını irəli sürüblər. Onlar bu ehtimalı asteroidlərin qeyri-adi hərəkətləri və Koyper kəmərindəki cırtdan planetlərin hesabına irəli sürüblər. Alimlərin sözlərinə əsasən X planeti, Yer kürəsindən 10 dəfə daha çox kütləyə sahibdir və o, Günəşdən 41 milyard kilometr uzaqlıqda yerləşir. Həmin planet, Günəş ətrafında tam dövrü isə 15.000 il ərzində edir. Bu səbəblə onu aşkar etmək çox qəlizdir. Bizə məlum olmayan ikinci planet isə Mars planeti ilə eyni ölçüdədir. Alimlər, Koyper kəmərinin müxtəlif hissələrində olan obyektlərin orbitlərini müşahidə ediblər. Həmin müşahidə zamanı onlar cırtdan planetlərdən ibarət iki qrupu aşkar ediblər. Həmin planetlər maraqlı əyilməyə sahibdirlər və Günəş sisteminin sərhədlərində yerləşən obyektlərə nəzərən daha dartılmış şəkildə orbitlərə sahibdirlər. Birinci qeyri-adi özəlliyə sahib cırtdan planetlər qrupu, X planeti ilə, ikinci qeyri-adi özəlliyə sahib cırtdan planetlər qrupu isə digər böyük planet ilə əlaqəlidir. Mars ölçüsündə olan planet, Koyper kəmərinə yaxın hissədə yerləşir və onun aşkar edilməsi daha tez baş verə bilər. Çox güman ki, qalaktikamızın parlaq diski həmin planetin parlaqlığını əks etdirməyə imkan vermədiyi üçün indiyənə kimi o, teleskoplar vasitəsilə aşkar edilməmişdir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments