İyulda Gürcüstana ABŞ-ın vitse-prezidenti gələcək

ABŞ-ın vitse-prezidenti Mayk Pensi iyulda Gürcüstana gələcək – bu haqda məlumatı Qiorqi Kvirikaşvili şəxsi facebook səhifəsində yayımlayıb:
“ABŞ-ın vitse-prezidenti iyulda Gürcüstana gələcək! İki ay əvvəl Gürcüstan heyətinin səfəri zamanı, Mayk Penslə mənim görüşümdə ondan xahiş etdim ki, bizim ölkəyə səfər etsin. Bu Gürcüstana dəstək baxımından ABŞ tərəfindən atılan çox əhəmiyyətli addımdır”, – deyə Kvirikaşvili bildirib.
Mənbə: netgazeti.ge
0 Comments