Avtomobilin düzgün park edilməməsi üçün cərimə 20 lariyə qədər artmayacaq

news4

Parlament üçüncü və sonuncu dinlmə ilə, 89 səslə qanunlayihəni təsdiqləyib. Qanunlayihəyə əsasən avtomobilin düzgün park olunmaması üçün nəzərdə tutulmuş cərimə 20 lariyə qədər artmayacaq və yenə 10 lari olacaq.

2017 ilin 1 iyulundan administrativ hüquq pozuntuları məcəlləsinə yeni maddə əlavə olunmalı idi. Maddəyə əsasən qadağa işarələrinin “saxlamaq qadağandır” və “dayanmaq qadağandır” tələblərinin qorunmaması, eləcə də dayanmaq-saxlamaq qaydaları ilə nəzərə alınmış başqa tələbin qorunmaması – 20 lari dəyərində məbləğlə cəriməyə səbəb olacaqdı.

Qanunlayihənin izahatına əsasən, qeyd olunn maddə ilə Daxili İşlər Nazirliyi, eləcə də yerli özünüidarəetmə orqanlarının müvafiq xidmətlərinin və ya onlar tərəfindən səlahiyyətli olan fiziki və ya hüquqi şəxsin cərimələmə (protokolun tərtib olunması) səlahiyyəti var.

Bu izahatla gələcək perspektivlərdə, Gürcüstnın ali qanuni orqanı tərəfindən cərimə sanksiyasının azaldılması haqqında qərarın qəbul olunması halında, formal baxımdan gün qrafikində müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinin durması istisna deyil. Bu isə MMC “Si-ti-Park”ın səlahiyyətlərinin gəlirin hər hansı qaydada azaldılmasına görə müəyyən kompensasiya almasıdır ki, qanunlayihənin müəlliflərinin izahatına görə maddi öhdəliklər yerli özünüidarəetmənin üzərinə düşəcək.

“Bunu nəzərə alaraq cərimənin artmaması məqsədəuyğundur”, – deyə izahat kartında qeyd olunub.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register