Xroniki xəstəliklərin medikamentləri 1 lariyə – dövlət proqramından kim istifadə edəcək

news3

Sosial müdafiəsiz vətəndaşlar üçün xroniki xəstəliklərin 4 qrupunun müalicə medikamentləri ilə təmin olunması proqramı iyulun 1-dən qüvvəyə minəcək. Proqramın şərtlərinə əsasən, medikamentləri hər hansı yaşda olan,  sosial müdafiəsiz,  ailəsinin reytinq balı sosial müdafiəsizlərin ümumi bazasında 100 000 baldan çox olmayan və sonrakı xroniki xəstəlikləri olan şəxslər əldə edə bilərlər:

  • Ürək-qandamar xəstəlikləri
  • Ciyər xroniki xəstəlikləri
  • Qalxanabənzər vəzi xəstəlikləri
  • Diabetin ikinci növü (insulindən asılı olmayan)

Bu xəstəlikləri nazirlik seçib. Çünki xəstələrin strukturasında 60%-dən çoxu məhz bu növ xəstəliklərlə gəlir.

Medikamentləri əldə etmək üçün vətəndaş aptekdə aldığı medikamentlərin 10%-ni ödəməlidir ki, nazirliyin məlumatına görə heç bir halda 1 laridən çox olmayacaq və 5 tetridən az deyil. Benefisiar eyni zamanda medikamentlərin üç ay kifayət edəcək qədərini əldə edə bilərlər.

Proqrama düşmək üçün hansı prosedurları keçmək vacibdir:

  • Benefisiar ya ailə ya kənd həkiminin yanına gedir ki, ona xroniki xəstəliyi təsdiqləyən forma 100 yazsın. Həkim xəstəliyi təsdqiləyən diaqnozu və medikamentin gündəlik dozasını qeyd edir.
  • Həkim reseptdə medikamentin beynəlxalq patentləşdirilməmiş adını yazır.
  • Benefisiar forma 100-ləç resept və şəxsiyyət vəsiqəsi ilə sosial xidmət agentliyinin yaxın şöbəsinə gedir və onu proqrama qeydiyyatdan keçirirlər.
  • Sosial xidmət agentliyində qeydiyyat keçdikdən sonra, benefisiar PSP-nin hər müvafiq aptekinə (çünki nazilriyin tenderində həmin apteklər şəbəkəsi qalib gəlib) müraciət edir.
  • Aptekdə benefisiar həkimin yazdığı resepti və şəxsiyyəti təqdim edən sənədi təqdim edir.

Medikamenti və ya dozanı dəyişməli olduğu halda benefisiarr yenidən proqrama qeydiyyat olunmalıdır.

Əmək , sağlamlıq və sosial müdafiəs nazirinin müavini Zaza Sofromadzenin məlumatına görə, indiyə kimi sosial müdafiəsizlərin bazasında reytinq balı 100 000-dən yuxarı olmayan, təqribən 700 000 nəfər qeydiyyatdan keçib. Proqramın ilk mərhələsində onlar ehtiyacdan dolayı təqribən 200 000 nəfərə yardım göstərəcəklər.

Proqrama qeydiyyat bu gündən artıq  başlayıb, ancaq Soframadzenin qeyd etdiyinə görə proqram iyulun sonundan tam qüvvəyə minəcək. İndi 13 müxtəlif növ medikamentin verilməsi mümkündür və iyulun sonuna kimi 10 növ medikament də əlavə olunacaq.

“Proqram ümumilikdə 23 medikament satacaq və əsas hissəsinin verilməsi imkanı sabahdan olacaq” – deyə nazir müavini bildirib.

Mənbə: netgazti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register