Abaşidze-Karasin görüşü 7 iyul tarixində baş tutacaq

news

7 iyul tarixində gürcü-rus dialoqu formatında növbəti görüş baş tutacaq. Bu haqda bugün, 30 iyun tarixində, hökumət iclası başa çatdıqdan sonra Zurab Abaşidze bildirib.

“Bu görüşə qədər bizim 5 ya 6 iyulda Brüsseldə, Avropa İttifaqı stukturlarında mənim və xarici işlər naziri müavininin  görüşü olacaq. Gürcüstan-Avropa İttifaı əməkdaşlığı haqqında söhbətimiz olacaq. Bizim regionun təhlükəsizliyi, Cenevrədə beynəlxaq konsultasiyalar problemindən və eləcə də gürcü-rus dialoqunun gedişatı haqqında söhbət aparacağıq.

Praqada bizim gün qrafikimiz var. O, konkret məsələlərə aiddirş Ticari iqtisadi əlaqələr, nəqliyyat əlaqələri və müəyyən humanitar məsələlər. Bu görüşdə biz istəyirik ki, xüsusilə gömrük monitorinqi mövzusunda 2011-ci ildə imzalanmış razılıq məsələsini müzakirə edək. Biz bu müqavilənin implementasiyasının maksimum dərəcədə tezləşməsi ilə maraqlanırıq.

Bildiyiniz kimi gürcü tərəfi müqavilə üzərində çalışmanı bitirib ki, neytral İsveçrə kompaniyası ilə bağlanmalıdır. analoji müqaviləni Rusiya tərəfi  də bağlamalıdır. Biz Rusiya tərəfindən hazırlığın təsdiq olunmasını gözləyirik ki, işləmlər bitsin və yaxşı olar ki, müqavilənin nə zaman bağlanacağı tarixini qeyd edək. Bundan sonra birgə gürcü-rus isveç işçi qrupu yaranacaq və ümid edirik ki, bu razılığın implementasiyası başlayacaq,”- deyə Zurab Abaşidze bildirib.

 

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register