Nona Samxaradze – “erkən yaşda evliliyin azaldılması üçün ən az 10 illik plan lazımdır”

erken evlilik

Bugün 30 iyun tarixində marneulidə erkən yaşda evliliyin prevensiyasinın strateji istiqamətləri haqqında seminar baş tutdu. Seminarda “erkən yaşda evliliyin prevensiyası və qızların hüquqlarının müdafiəsinin yerli strategiyası” layihəsi çərçivəsində işlənmiş strategiya müzakirə olundu. Bu haqda layihənin koordinatoru Maka Menteşaşvili danışdı.

“Bugün artıq işlənmiş strategiyanın müzakirəsi gedir. Görüşdə hökumət və qeyri hökumət nümayəndələri, məktəb direktorlari, müvəkkillər və sakrebulo üzvləri iştirak edirlər”.

Layihə çərçivəsində Marneulinin 4 məqsədli kəndində 15 fokus qrup keçirilib. Kəndlərə iki azərbaycanlı, bir erməni və bir acarların məskunlaşdığı kəndlər daxil edilibmiş. Tədqiqatın müəllifi, gender üzrə mütəxəssis Nona Samxaradzenin sözlərinə görə qeyd olunan tədqiqata əsasən ümumi və statistik şəkildə müzakirə apara bilmərik. Ancaq problemi tendensiyalı şəkildə müzakirə edə bilərik.

“Yerli özünüidarəetədə bu problemlə mübarizə aparmaq üçün ardıcıl siyasət, uzun müddətli strateji plan yoxdur. Bu problemlə mübarizə aparmaq üçün eləcə də QHT-lər də xaos şəklində çalışırlar, ümumiyyətlə bir-biri ilə razılaşmayıblar. Heç kim valideynlərlə çalışmır. Evləndikdən sonra qızlarla çalışmırlar, onların sağlamlıq, təhsilin dayandırılması, kasıblıq və digər problemləri var”.

Eləcə də gender üzrə mütəxəssis nona samxaradzenin sözlərinə görə problemli məsələlərdən biri də sosial işçilərin – kənd müvəkkili və patrul polisinin erkən evliliyin prevensiyası üçün çalışmamasıdır. Bunun sıfır dərəcəyə çatdırılması üçün isə ən azı 10 illik iş planının hazırlanması lazımdır.

“Bilirsinizmi vəziyyət necədir. Iki addım önə gediriksə bir addım da geri gedirik. Bu problemı sıfıra endirmək üçün ən azı 10 illik iş planı lazımdır. Biz stereotiplərlə, gender brəabərsizliyi və sosial problemlərlə mübarizə aparırıq”.

Seminarda marneuli rayonun sabirkənd 1 saylı ictimai məktəbinin müəllimi Salome Qiria da iştirak edirdi. O, görüşdə müzakirə olunan mövzuların nə dərəcədə problemli olduğu haqda danışdı.

“Bugünkü görüş olduqca vacbdir. Birdə ki görüşdə məktəb direktorları, müvəkillər iştirak edirlər. Bəlkə yavaş-yavaş bu problem həllini tapa. Yaxşıdır ki bu haqda açıq danışırlar. Real olaraq problem mövcuddur və biz həllinə çalışmalıyıq”.

Layihəni Marneuli demokrat qadınlar ittifaqı uşaq hüquqlarının müdafiəsi üçün yerli imkanların gücləndirilməsi layihəsi çərçivəsində həyata keçirir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register