Ailədə və qadına qarşı zorakılıqla mübarizə, prevensiya və zorakılıq qurbanlarının müdafiəsi haqqında ictimai görüş

Marneuli – 4 iyul tarixində, saat 11:00-da Marneuli şəhərinin Mədəniyyət Evində (Ünvan:Rustaveli#108) Milli-Demokratik İnstitutu (NDİ) və Gürcüstan Parlamentinin gender Bərabərliyi Şurasının təşkilatçılığı ilə Ailədə və qadına qarşı zorakılıqla mübarizə, prevensiya və zorakılıq qurbanlarının müdafiəsi haqqında ictimai görüş baş tutacaq. İctimai görüşün məqsədi “Qadına qarşı zorakılıq və ailədə zorakılığın prevensiyası və aradan qaldırılması haqqında” məsələlərə aid olan Avropa Şurası Konvensiyası (İstanbul Konvensiyası) haqqında əhalinin məlumatlandırılmasıdır. 

İctimai görüşdə Gender Bərabərliyi Şurasının nümayəndələri iştirak edirdilər: Şuranın üzvü, deputat – Nino Dzilosani və şura katibliyinin rəhbəri – Tinatin Avaliani. Onlar Parlamentin Gender Bərabərliyi Şurasının işgüzarlığını, gələcək planlarını müzakirə edəcəklər və ictimaiyyəti İstanbul Konvensiyasından dolayı Gürcüstan qanunvericiliyinə daxil olmuş vacib dəyişikliklərlə tanış edəcəklər.

Gender Bərabərliyi Şurasının nümayəndələrindən başqa, görüşdə eləcə də əhaliyə ailədə və qadına qarşı zorakılıqla mübarizə halları və dövlət müəssisələrinin reaksiyası haqqında əhaliyə ətraflı məlumat verəcək, Gürcüstanın Daxili İşlər Nazirliyinin və Gürcüstan Prpkurorluğunun nümayəndələri də iştirak edirdilər. İctimai görüşdə həmçinin, əhaliyə zorakılıq qurbanları üçün əlçatan dövlət servisləri ilə tanış edəcək, insan alveri (trefikinq) qurbanları, zərərçəkmişlərin müdafiəsi və dövlət yardım fondunun direktoru da iştirak edirdi.

Görüşdə əhali ilə birgə, yerli qeyri-hökumət təşkilatlarının, media və yerli hakimiyyət nümayəndələri də iştirak edirdilər. İştirak edən cəmiyyətin suallar vermək və müzakirədə iştirak etmək imkanı olacaq.

Qeyd olunan tədbir Milli Demokratik İnstitutun (NDİ) dəstəyi və Böyük Britaniya hökumətinin UK aid-in maddi dəstəyi ilə həyata keçirilir.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register