İstidə necə hərəkət edək – nazirliyin tövsiyyələri
Gürcüstan Əmək, Sağlamlığın Mühafizəsi və Sosial Təminat nazirliyi yüksək temperatur olan şəraitdə necə hərəkət etməli olduğumuz haqda tövsiyyələr yayır. “Netgazeti” nazirliyin tövsiyyələrini sizə təklif edir:
- Evdə sərinliyi qoruyub-saxlayın
- Çalışın yaşam mühitində sərinliyi qoruyub-saxlayasınız. Evdə temperaturu səhər saat 08:00-dan 10:00 kimi, axşam 22:00-dan sonra yoxlayın. Gündüz otağın ideal temperaturu 32C-dən, axşam isə 24C-dən yuxarı qalxmamalıdır. Bu xüsusən uşaqlar və 60 yaşı ötmüş şəxslər, eləcə də xroniki xəstəlikləri olanlar üçündür.
- Gecə pəncərələri açıq saxlayın və səhərə kimi, bayırda sərinlik olana qədər (əgər bu təhlükəli deyilsə) qalsın.
- Gündüzlər evə isti havanın daxil olmasını azaldın – xüsusən də günəş düşən tərəfdə pəncərələri, jaluzları, bağlayın. Bacardığınız qədər otaqda elektrik enerjisini və sünii işıqlandırmanı söndürün.
- Günəş tərəfə kölgə üçün qoruyucu pərdələr asın.
- Yaş dəsmallar asın ki, sərinləndirməkdən əlavə evi nəmləndirəcək.
- Əgər evdə kondinsioneriniz varsa, qapıları və pncərələri bağlayın ki, elektrik enerjisindən keyfiyyətli şəkildə istifadə edəsiniz.
- Ventelyator o, halda lazım olacaq ki, temperatur 35C-dən çox olacaq. Ancaq temperatur 35C aşdıqda o, sizi isti ilə bağlı problemlərdən qurtarmayacaq.
- Çox miqdarda maye qəbul edin.
- Günün ən isti saatlarında küçəyə çıxmaqdan çəkinin
- Yüksək hərəkətli fiziki aktivliklərdən çəkinin
Mənbə:netgazeti.ge
0 Comments