Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Mesajlaşma proqramları arasında, özəlliklə, son zamanlarda tətbiq etdiyi yeniliklərlə istifadəçilərinin rəğbətini qazanan “Vatsap” daha öncə açıqladığı, lakin dövrəyə buraxmadığı bir özəlliyin necə istifadə olunacağı haqqında yeni bildiriş verib. Bütün dünyada pulsuz istifadə olunan və bununla da istifadəsi daha rahat olan Vatsapda bundan sonra göndərilən mesajlar geri qaytarıla biləcək. Şirkət “Tez-tez soruşulan suallar səhifəsi”ndə istifadəçilərə verdiyi məlumatda “İPhone”, “Android” və “Windows” cihazlarında göndərilən bir mesajın geri alına biləcəyini açıqlayıb. Belə ki, artıq “geri al” düyməsi sayəsində göndərilən bir qrup mesajı geri almaq mümkündür. Lakin bunun müəyyən zaman məhdudiyyəti var. Göndərilən mesajı sadəcə 5 dəqiqə ərzində geri almaq mümkündür. Əks təqdirdə mesaj geri gəlmir. Mesaj geri gəldikdə isə hər iki tərəfə “mesaj geri alındı” xəbərdarlığı verilir. Çox yaxında yeniliyin tətbiq olunması ilə bu özəllik proqram istifadəçilərinin xidmətində olacaq.

1

“Ağıllı” üzük kredit kartlarını əvəz edəcək. Qurğu istehsalçılarının indiyədək geniş funksionallığa malik müxtəlif “ağıllı” üzüklər təqdim etmələrinə baxmayaraq, bu mobil qurğular vasitəsilə alış-veriş üçün ödənişlər etmək və ya avtomobili işə salmaq qeyri-mümkün olub. Bu dəfə isə “Tokenize Inc.” şirkəti bunu özündə “NFC” və “Bluetooth” funksiyalarını birləşdirməklə kredit kartlarını, qıfıl açarlarını və ya digər qurğuların parollarını əvəz etməyə imkan verən yeni “ağıllı” “Token” üzüyü vasitəsilə dəyişməyə hazırlaşır. “Tokenize Inc.” üzüyü kredit kartları funksiyası ilə təmin etmək üçün “MasterCard” və “Visa” ilə tərəfdaşlıq haqqında saziş imzalayıb. Bundan başqa, dünyanın 50-dən çox nəqliyyat şirkəti “Token” üzüyünün köməyi ilə biletlər üçün ödənişləri dəstəkləyəcək. “Token Door Lock” qıfıl proqramı sayəsində üzükdən evin açarı kimi istifadə mümkün olacaq. “Token” üzüyünün maraqlı xüsusiyyətlərindən biri də onun avtomobil açarı kimi istifadə edilməsidir. Sukeçirməz korpusa malik qurğunun quraşdırılmış akkumulyatoru enerji ilə tam doldurulmaqla 14 gün istifadə üçün hesablanıb. “Token” üzüyü üçün ilkin sifarişlər 249 dollara qəbul edilir. İlkin tədarüklərə cari ilin sonunda başlamaq nəzərdə tutulur.

2

“Facebook” şirkəti eyniadlı sosial şəbəkənin rəsmi əlavəsində ən yaxın Wi-Fi şəbəkəsinin axtarışı funksiyasını inteqrasiya edib. Seçim artıq “Android” və iOS idarəetməsində olan mobil cihazlar üçün növbəti yenilənmədən sonra istifadədə olacaq. Qeyd etmək lazımdır ki, yenilik əvvəlcə bir neçə ölkədə sınaqdan keçirilib və özünü yaxşı tərəfdən göstərib. Mobil şəbəkə pis tutduğu halda, istifadəçilər operativ olaraq daha yaxın olan boş Wi-Fi şəbəkəsinə qoşulmaq imkanına malik olublar və “Facebook”a çıxışı bərpa ediblər. “Find Wi-Fi” seçimi xəritədə boş simsiz şəbəkəyə daxil olmaq üçün təşkilatların olduğu yerlərin xəritəsində məlumatlara baxmaq imkanı verəcək. Sonradan istifadəçilər qeyd edilən lokasiyaya keçməklə internetə girişi bərpa edə biləcəklər. “Facebook”a qoşulmaq üçün ictimai yerlərin mövcudluğu barədə məlumatları müəssisələr özləri verirlər.

3

Smartfon bazarı liderləri bəlli oldu. Çinin “Risingsun” analitik şirkəti smartfon bazarı ilə bağlı cari ilin birinci rübünün nəticələrini dərc edib. Birinci yerdə rəqiblərindən böyük fərqlə “Samsung” şirkəti qərarlaşıb. Bu şirkət 80 milyon ədəd smartfon sata bilib. İkinci yeri “Apple” şirkəti tutub ki, bu şirkət də birinci rübdə 51 milyon ədəd smartfon tədarük edə bilib. Liderlərin ilk üçlüyünü isə 35 milyon smartfon satışı nəticəsi ilə “Huawei” şirkəti qapayır. Sonrakı yerləri “Oppo” və “Vivo” tutublar ki, onların da hər biri müvafiq olaraq 26 və 19 milyon ədəd smartfon sata biliblər. Altıncı yeri 15 milyon ədəd cihaz satışı ilə “Xiaomi”, yeddinci yeri 15 milyon ədəd smartfon satışı ilə LG şirkətləri tutub. Səkkizinci yerdə 12 milyon smartfon satışı ilə “Lenovo”, doqquzuncu yeri 9 milyon smartfon satışı ilə ZTE şirkətləri tutub. Onuncu yerdə isə 8 milyon smartfon satışı ilə “Gionee” şirkəti qərarlaşıb. Belə çıxır ki, hazırda smartfon bazarı liderlərinin onluğunda olanların yeddisi Çin şirkətləridir.

4

“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib. “Viber” messencerinin tərtibatçıları istifadəçilərə yazışma zamanı kənar xidmətlərə sürətli giriş imkanı verən çatlar üçün genişlənmələrin tam yeniləməsini elan ediblər. Bu funksiya ilk dəfə hələ 2016-cı ilin dekabrında istifadəyə verilib. “Viber” messencerinin 800 milyondan çox istifadəçisi çatlar üçün genişlənmələrin köməyi ilə çatın pəncərəsini tərk etmədən başqa şirkətlərin məzmun və xidmətlərini axtara və paylaşa bilərlər. Tərtibatçılar son yeniləmədə “Viber” messencerinə inteqrasiya edilmiş böyük servislərin sayını artırıblar. Tərtibatçılar “YouTube”-un “Viber” messencerinin çatları ilə inteqrasiyasını ən vacib yenilik adlandırıblar. “YouTube” çarxlarına istinadlar “Viber” istifadəçiləri tərəfindən göndərilən ən populyar məzmun formalarından biridir. Bundan sonra istifadəçilər söhbəti tərk etmədən “Viber”də çatın pəncərəsində “YouTube”da video axtara, göndərə və hətta izləyə bilərlər. Bundan başqa, istifadəçilər, həmçinin “Spotify” xidməti vasitəsilə yeni musiqi axtara və onu dostlarla paylaşa bilərlər. Bəyəndiyiniz musiqini dərhal çatın pəncərəsində paylaşa bilərsiniz. “Vice” xidməti ilə inteqrasiya nəticəsində indi “Viber” messencerində ən son xəbərlər əlçatan olacaq. Həmçinin “Viber” istifadəçiləri asanlıqla səyahəti planlaşdıra biləcəklər. “Booking.com” servisi ilə inteqrasiya nəticəsində messencerdə hotel haqda informasiyanı birgə səyahət etməyi planlaşdırdığınız şəxsə göndərmək mümkün olacaq.

5

Finlandiyanın tanınmış “Nokia” şirkəti yenilənmiş 3310 modelinin təqdimatından sonra yeni düyməli telefon istehsal etməyi planlaşdırır. “Nokia” şirkəti yeni düyməli telefonunu təqdim edib. Cihaz artıq Çinin Sertifikasiya Mərkəzində “TA-1017” adı altında qeydiyyata alınıb. Bundan sonra Finlandiya istehsalçısı düyməli cihazları sevənlərə üstünlük verəcək. Yeni mobil telefonun texniki xüsusiyyətləri hələlik məlum deyil. Çox güman ki, cihaz iki SİM kartı dəstəkləyəcək və 3-cü nəsil rabitə şəbəkəsi onun üçün əlçatan olacaq.

6

“İnstagram”da canlı yayımlar və postlarda yazılan şərhlərə spamları blok edən filtr yaradılıb. Filtr rus dili də daxil olmaqla, doqquz dildə işləyəcək. “İnstagram” nümayəndələrinin sözlərinə görə, yeni alət platformada təhlükəsiz və müsbət ab-havanı qoruyub saxlamağa imkan verəcək. Filtr maşın texnologiyasının tədrisi sayəsində spamı müəyyən edə biləcək. Bundan başqa, artıq “Instagram” digər filtrini də elan edib. Bu filtr isə təhqiramiz şərhlərin dərc edilməsinin qarşısı almağa imkan verəcək. Bundan əvvəl isə məlum olub ki, “İnstagram” əlavəsi daha iki yeni “Stories” növü əlavə edib.

7

“DFC Intelligence” agentliyinin mütəxəssisləri “DFC Intelligence” ilə bağlı proqnozlarını bölüşüblər. Onların fikrincə, “Xbox One X” oyun avadanlığı 4K televizorlarının populyarlığının artmasına rəğmən, çox tələb duyulan cihaz olmayacaq. Proqnoza əsasən, 2021-ci ilə qədər dünyada 17 milyon ədəd “Xbox One X” oyun avadanlığı satılacaq. Buna səbəb isə cihazın baha olmasıdır. Beləliklə, 2021-ci ilə qədər istisnasız olaraq “Xbox One” avadanlığının bütün modelləri 63 milyon ədəd satışa çata bilməyəcək. Eyni zamanda platformanın əsas rəqibi olan “Play Station 4” oyun avadanlığı artıq 60 milyon tirajla tam olaraq satılıb. Qeyd edək ki, “Xbox One X” “Xbox One” üçün istehsal edilmiş bütün oyun və aksessuarları dəstəkləyəcək. Cihaz 2017-ci ilin noyabrın 7-də satışa 1 148 manat və ya 676 ABŞ dolları qiymətində çıxarılacaq.

8

“Facebook” şirkəti ikinci cəhddə özünün “Aquila” pilotsuz uçuş aparatının uğurla sınaqdan keçirib. Bu barədə şirkətin yaradıcısı və rəhbəri Mark Zukerberq məlumat verib. Günəş enerjisi ilə çalışan dron internet şəbəkəsinin olmadığı yerləri internetlə təmin edəcək. Ötən ilin iyununda dron özünün ilk uçuşunu gerçəkləşdirsə də, 96 dəqiqəlik uçuşdan sonra enişə keçərkən qəzaya uğrayıb. Araşdırma nəticəsində məlum olub ki, qəzaya pis hava şəraiti səbəb olub. İkinci dəfə dron 1 saat 46 dəqiqə havada qalıb və uğurla eniş edib. “Facebook” nümayəndələri bildiriblər ki, onlar səhvləri aradan qaldırıblar və indi dron normal şəkildə enə bilir. Aparatın şassisi yoxdur və o, yerə endikdə aşağısına bərkidilmiş yastıqların üzərinə düşür.

9

“Apple” şirkəti “MIT Technology Review” şirkətinin versiyasına görə ən innovativ şirkətlərin reytinqində 16-cı yeri tutub. Bu siyahıda lider ilk dəfə olaraq qrafik sürətləndirici və prosessorların tərtibatçısı “nVidia” şirkəti olub. İlin nəticələrinə əsasən “Apple” şirkəti innovativ şirkətlərin siyahısında ikinci onluqda yer alaraq “Alphabet”, “Amazon” və “İntel” kimi şirkətlərdən geri qalıb. Araşdırma zamanı mütəxəssislər bütün dünya üzrə yüzlərlə şirkətin fəaliyyətini təhlil ediblər, onların innovasiyalarını və sənayenin inkişafına verdikləri töhfəni araşdırıblar. “Apple” 16-cı sırada qərarlaşıb. Reytinqdə qeyd edilir ki, şirkət özünün “HomePad” “ağıllı” akustik sisteminin köməyi ilə “Amazon” şirkətini geridə qoymağa çalışır. “Apple”i kənar serverlərlə deyil, mobil cihazların gücündən istifadə edərək süni intellekt texnologiyasını inkişaf etdirdiyi üçün də tərifləyiblər. “iPhone” və “iPad” istehsalçısı bunu məlumatların məxfiliyi səbəbindən edir.

10

Parollarınız barədə səssiz düşünmək kifayət edəcək ki, onlar oğurlansın. ABŞ-ın Birmingem şəhərində Alabama Universitetinin kompüter təhlükəsizliyi üzrə mütəxəssislərinin gəldiyi qənaətə görə, gələcəkdə xakerlər neyro-interfeyslərə müdaxilə edə biləcəklər. Neyro-interfeyslər insanın başı ilə kompütrei əlaqələndirən vasitələrdir. Xakerlər tərəfindən bu cihazın sındırılması nəticəsində onlar parolları birbaşa istifadəçinin başından oğurlaya biləcəklər.

11

Akkumulyatorsuz işləyən ilk mobil telefon prototipi yaradılıb. Hər il prosessor istehsalçıları enerji sərfiyyatının azaldılması və avtonom iş vaxtının yüksəldilməsi haqda məlumat verirlər, amma smartfonlar orta hesabla bir gün işləyir. Əlbəttə, daha güclü prosessorlar istehsal edilir, daha mürəkkəb proqram təminatı yaradılır. Amma bütün bunlara baxmayaraq, istifadəçilər avtonom iş vaxtının yüksəldilməsini istəyirlər. Vaşinqton Universitetində Vamsi Tallayın rəhbərliyi altında çalışan tədqiqat qrupu bu problemin həllini tapıb. Onlar tərəfindən yaradılmış telefon prototipi ətraf mühitin enerjisi ilə işləyir. “Mobil telefon ən faydalı qurğulardan biridir. Təsəvvür edin ki, telefonunuzda akkumulyatorun şarjı bitsə belə siz mesaj göndərə və zəng edə bilərsiniz” – tədqiqat laboratoriyasının direktoru Coşia Smit deyib. İndiki vəziyyətdə telefonun prototipi yalnız yığım üçün düymələr və işıq diodu indikatoru ilə təchiz edilib. Tədqiqatçılar sonrakı versiyada “E-ink” displey quraşdırmaq və çağırışın keyfiyyətini yaxşılaşdırmaq niyyətindədir.

12

“Philips” tərəfindən inkişaf etdirilməkdə olan smarton telefon modeli S329, “Tenaa” qeydləri vasitəsilə ortaya çıxdı. Dünyanın ən böyük elektron şirkətlərindən biri olan Philips, smartfon telefon bazarında aktiv bir şəkildə iştirak etməsə  də, uzun aralar ilə yeni modellərinin təqdimatını reallaşdırır. Üst səviyyə bir smartfon telefon hazırlığı içərisində olduğu bilinən Philipsin, bu dəfə yeni bir modelin üzərində çalışdığı ortaya çıxdı. Çinin telekommunikasiya cihaz nəzarətçi TENAA-nın qeydlərində görülən Philipsin yeni smartfon telefonu S329 model nömrəsi ilə qarşımıza çıxır. Philips S329 xüsusiyyətləri və dizaynı. 5 inç ölçüsündə 1280×720 piksel keyfiyyət əmsalı təqdim edən IPS ekrana və 1.5 GHz sürətində işləyən səkkiz nüvəli bir prosessora sahib olan Philips S329, 3 GB RAM ilə birlikdə gələcək. 16 GB daxili yaddaşı sahəsi microSD kart ilə 64GB-a qədər artırıla bilən smartfon telefon, 3000 mAh tutumlu bir batareyadan güc alacaq və Android 7.0 Nougat əməliyyat sistemi ilə təqdim olunacaq. 13 megapiksel keyfiyyətində arxa və 5 megapiksel keyfiyyətində ön kameranın yer alacağı Philips S329, 145 qram ağırlığında və 143.4 x 70.4 x 9.15 mm ölçülərində olacaq.

13

Mobil telefon istifadəçilərinin istəmədən qoşulduqları abunəliklərin qarşısı alınır. Milyonlarla mobil telefon istifadəçisininin cibinə və əsəblərinə zərər yetirən “abunə” fırıldağının sonu çatdı. Ümumdünya İnformasiya Texnologiyaları və Kommunikasiya Agentliyi (BTK), istehlakçıların internetdən istifadə edərkən tələb və razılığı olmadan spam abunə reallaşdırıldığı “əlavə dəyərli xidmətlər”lə əlaqədar dəyən zərərin qarşısını almaq üçün “təsdiq”i əlavə edir. “Təsdiq” düyməsi bu gündən etibarən fəaliyyətə başlayır. BTK hazırlanan tənzimləməyə görə web, wap, SMS və ya səsli cavab sistemləri kimi kanallarla edilən ödəniş və xidmətlə bağlı digər əməliyyatlarda abonentlər “təsdiq” imkanından yararlanacaq.

14

“Microsoft” şirkəti cari ilin payızına planlaşdırılmış növbəti “Windows 10 (Fall Creators Update” yeniləməsi ilə süni intellektin tətbiqinə əsaslanan “ağıllı” antivirus müdafiəsini aktivləşdirəcək. Yeni alqoritmlər “Windows 10” sisteminə əvvəllər heç yerdə rast gəlinməmiş zərərverici kodu dərhal tapmağa kömək edəcək. “Engadget” nəşri yazır ki, “Windows Defender Advanced Threat Protection” zərərverici kodun simptomlarını tanımağı və erkən mərhələdə onun qarşısını almağı öyrənəcək. “Windows”un korporativ xidmətlər üzrə direktoru Rob Leffertsin sözlərinə görə, “Windows 10” sistemi zərərverici proqramın əlamətlərini aşkar etdiyi halda onu karantinə (“Microsoft”un bulud saxlancına) yerləşdirə biləcək. Antivirusun yeni funksiyaları ilk öncə yalnız şirkətin biznes müştərilərinə əlçatan olacaq, amma sonralar adi istifadəçilər üçün aktivləşdiriləcək.

15

“IDC” analitik şirkəti 2017-ci ildə dünyada rəqəmli transformasiya layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan mal və xidmətlərin satış həcminin 1,2 trilyon dolları ötəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisini 17,8 faiz üstələyir. Yüksək artım tempi yaxın illərdə də davam edəcək və 2020-ci ilədək satış həcmi 2 trilyon dollaradək artacaq. Ümumilikdə rəqəmli transformasiya layihələrinin büdcəsinin təxminən yarısı rabitə ödənişləri, İT sahəsində xidmətlər, eləcə də proqramların hazırlanması və quraşdırılması üçün sərf olunur. Lakin müxtəlif sahələrdə xərclərin bölüşdürülməsi eyni deyil. Məsələn, istehsalda büdcənin 20 faizi proqramların hazırlanması və quraşdırılmasına xərclənir, nəqliyyat müəssisələri isə vəsaitlərin yarısını rabitə xidmətlərinə sərf edir. Məlumata görə, cari ildə investisiyaların yarısından çoxu əməliyyat modellərində innovasiyaları dəstəkləyən texnologiyalara – rəqəmli şəbəkəyə məhsul və xidmətlərin, aktivlərin, əməkdaş və ticarət tərəfdaşlarının daxil edilməsi ilə fəaliyyətin səmərəliyinin artırılmasına yönəldiləcək. İnvestisiyaların böyüklüyünə görə ikinci yerdə müştəri, tərəfdaş və əməkdaşlarla fəaliyyətin dəstəklənməsi, eləcə də fərdi tələbat məhsul və xidmətlərinin yaradılması texnologiyaları qərarlaşıb.

16

“iOS 11” əməliyyat sisteminin beta testinin başa çatmasına görə bundan sonra ondan sistemlə uyğunluq təşkil edən bütün “Apple” qurğu istifadəçiləri yararlana biləcək. Məlumata görə, “iPhone 5s”, “iPhone SE”, “iPhone 6” və “6 Plus”, “iPhone 6s” və “6s Plus”, “iPhone 7” və “7 Plus” smartfonlarının, eləcə də “iPad mini 3”, “iPad 4” (və mini 4), “iPad Air” və “Air 2”, “iPad Pro 9.7”, “iPad Pro 10.5”, “iPad Pro 12.9” (birinci və ikinci nəsil) planşetlərinin istifadəçiləri “iOS 11” sistemini yeniləyərək quraşdıra biləcək. Bundan əvvəl “iOS 11” əməliyyat sisteminin beta versiyasından yalnız “Apple” platforması üçün tərtibatçı kimi qeydiyyatdan keçən şəxslər istifadə edə bilib. Sistemdə yer alan yeniliklər arasında, məsələn, təkmilləşdirilən “Siri” köməkçi funksiyasını (indi həmçinin mətnli komandaları dəstəkləyir), ekrandan video yazmaq imkanını, yeni quraşdırılmış fayl menecerini, portret rejimində dəyişiklikləri və s. qeyd etmək olar. Həmçinin, istifadəçi interfeysində ciddi dəyişikliklər baş verib. Belə ki, indi o, “3D Touch” funksiyasını daha sıx dəstəkləyir. “iOS 11” əməliyyat sisteminin son versiyasının payızda buraxılacağı gözlənilir. O vaxtadək ABŞ istehsalçısı yay ərzində bir neçə test yeniləməsi təqdim etməyi nəzərdə tutur.

17

“Sony” şirkəti “Mobile World Congress” çərçivəsində sifətin üçölçülü (3D) tanınması sistemi ilə təchiz edilən yeni “Xperia” smartfon modelini nümayiş etdirməyi planlaşdırır. Yenilənmiş sifət skaneri “SoftKinect” şirkətinin mühəndisləri tərəfindən hazırlanan xüsusi dərinlik ötürücüsündən və İsveçrənin “KeyLemon” şirkətinin mütəxəssislərinin ərsəyə gətirdiyi biometrik autentifikasiya proqram təminatından ibarətdir. “Sony” nümayəndələrinin sözlərinə görə, yeni texnologiya sifətin ənənəvi ikiölçülü tanınması funksiyası ilə müqayisədə daha təhlükəsizdir, çünki onu fotoşəkillər vasitəsilə aldatmaq qeyri-mümkündür. Şirkət nümayəndələri “3D” autentifikasiya sisteminə malik ilk qurğunun nə vaxt təqdim ediləcəyi barədə açıqlama verməsələr də, funksiyanın Yaponiya istehsalçısının qabaqcıl smartfonlarından birində quraşdırılacağı ehtimal edilir. Xatırladaq ki, bundan əvvəl “JPMorgan” investisiya bankının analitikləri “iPhone 8” modelində sifətin “3D” tanınması texnologiyasının quraşdırılacağı barədə məlumat versələr də, “Apple” şirkəti bu barədə açıqlama verməkdən imtina edib.

18

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Note 7 Fandom Edition” smartfon modelini iyulun 7-də təqdim etməyi planlaşdırır. Dörd yüz nümunədə buraxılacaq smartfonun bir hissəsi Cənubi Koreya bazarı üçün nəzərdə tutulub. “Galaxy Note 7 FE” digər ölkələrdə də satışa çıxarılacaq, lakin hazırda həmin ölkələrin siyahısı məlum deyil. Bundan əvvəl şirkət nümayəndələri ABŞ-da bərpa edilən “Note 7” modelinin satışının dayandırılmasını təsdiq ediblər. Bununla yanaşı, onlar “Note 7” smartfonunu “Galaxy S8” və “S8+” modellərinin satışı üçün təhlükəli hesab edirlər. “Galaxy Note 7 Fandom Edition” smartfonunun təxmini qiyməti 700 dollar təşkil edəcək. Qeyd edək ki, “Samsung” şirkətinin ötən il təqdim etdiyi “Galaxy Note 7” smartfon modeli 5,7 düymlü ekran, səkkiznüvəli “Exynos 8890” prosessor, 4 giqabaytlıq operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Şirkət akkumulyatorun qızması nəticəsində baş verən partlayışlardan sonra smartfonu satışdan çıxarmaq məcburiyyətində qalıb.

19

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register