10 yaşlı Qiyasın ilk uğuru
Bu günlərdə Poti şəhərində idmanın taekvando növü üzrə 27-48 kiloqram çəkidə uşaqlar arasında keçirilən yarışda Marneuli rayonu iki idmançı ilə təmsil olunmuşdu.Rayondakı Kürtlər açıq məktəbinin 6-cı sinif şagirdi Qiyas Təhməzov burda uğurla çıxış edərək öz çəkisində rəqiblərini üstələyib və ikinci yerə layiq görülüb.Qiyasın məşqcisi,idmanın 4 döyüş növü üzrə qara kəmər sahibi Müşviq Əliyev yarışdan sonra öz yetirməsinin qəlıbəsi haqda belə dedi: – Mən Qiyasın bacarıqlı idmaçı-döyüşçü olduğunu məşqlərin ilk günlərindən hiss etmişdim.Ona görə də bu yarışa həmyaşıdları arasından onu seçdim.Doğrudan da seçimimdə səhv etmədim.Qiyas Poti şəhərindən olan 2 idmançının hər ikisini böyük xal hesabı ilə məğlub etdi.Final görüşündə isə o fəndlərdə bəzi xırda səhvə görə 2-ci yerlə kifayətlənməli oldu.Qiyas bu yarışda diploma və gümüş medala layiq görüldü.Onun hələ cəmi 10 yaşı var və düşünürəm ki,bu onun üçün yüksək qələbədir. Mən gələcəkdə Qiyasın idmanın taekvando və tay boks novlərində daha böyük uğurlar əldə edəcəyinə inanıram. Məşqci M.Əliyev daha sonra Qiyasın böyük qardaşları Natiq və Namiqin də bu idman növündə xeyli uğurlar qazandığını vurğuladı.Bildirdi ki,onun qardaşı Namiq bir qədər əvvəl öz çəkisində rayon və respublika birinciliyinə sahib olub. Bəli,həyatda tasadüfi heç nə yoxdur.Bu genetik faktor və genetik ənənədir:Qiyasdakı bu istedad və bacarıq öz qardaşlarından gəlir.Biz bu qardaşlara və ayrıca qiyasa təhsildə və idmanda daha böyük uğurlar və zirvələr fəth etməyi arzulayırıq.
marneulifm1106 Posts
0 Comments