Kənd təsərrüfatı kooperativlərinin forumu keçirildi

usaid

4 iyun tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində müxtəlif kooperativ nümayəndələrinin iştirak etdiyi kənd təsərrüfatı kooperativlərinin Kvemo Kartli forumu keçirildi. Şida Kartli və Kaxeti bölgələrində də forumlar keçirildi. Üçüncü Kənd Təsərrüfatı Kooperativləri Forumuna isə Marneuli ev sahibliyi etdi. Görüşün məqsədi haqqında Kənd Təsərrüfatı Kooperativləri Assosiasiyasının prezidenti Qiorqi Zakaidze ilə söhbət etdik.

“Forumun məqsədi kənd təsərrüfatı kooperativlərinin qarşılaşdıqları problemlərin müəyyənləşdirilməsi, bunların ictimailəşdirilməsi və gələcək üçün bu problemi həlli üzərində çalışmaqdır. Həmçinin kooperativlərin problemlərinin müəyyənləşdirilməsi və müvafiq olaraq onların həllinə dəstək olmaq üçün  görüşə qonaqlar, o cümlədən,hökumət və qeyri hökumət təşkilatları nümayəndələrini dəvət etdik, onlarla müxtəlif problemlərin müzakirəsi sual-cavab şəklində keçirilir”.

Forumda həmçinin Kvemo Kartli qubernatorunun müavini Zaur Darğallı da iştirak edirdi. O, kənd təsərrüfatı kooperativlərinin əhəmiyyətindən danışdı.

“Bu gün bölgədə fəaliyyət göstərən kooperativlərin rəhbərləri ilə görüş keçirdik. Bizim dövlət üçün  kənd təsərüffatının inkişafı çox önəmlidir və əlbəttdə ki, kənd təsərüfatının inkişafı özü-özlüyündə güclü kooperativlərin olmasını nəzərdə tutur. Və bu gün yerlədə mövcud olan problemləri müzakirə etdik. Problemlərin həlli yolunu nəzərdən keçirdik”.

Amaltea kooperativinin sədri Qia Maçidze hansı problemlərlə qarşılaşdıqlarından və dövlətin onlara nə dərəcədə dəstək göstərməsindən danışdı.

“Bəli, dövlət tərəfindən dəstək var, amma bu uzun zaman çəkir. Bəzi köməkliklər göstərirlər, amma yenə də bir çox maneəni keçmək lazım gəlir”.

Kənd Təsərrüfatı Kooperativləri regional forumu Kənd Təsərrüfatı Kooperativləri Assosiasiyasının həyata keçirdiyi Empardi proqramı çərçivəsində keçirilir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register