Marneuli icma radiosunun jurnalistləri çalışmalarında  maneçilik törədilməsindən danışırlar

Radio-Marneuli

Marneuli icma Radiosunun direktoru, Kamilla Məmmədovanın bildirdiyinə görə, icma radiosu Marneulinin jurnalistlərinə majoritar deputatlar haqqında yayımlanan materiallara görə baş verir. Onlar jurnalist işində onlara maneçilik haqqında polisə müraciət ediblər:

“Biz çoxdandı çox adamın xoşuna gəlmirik. Çünki marneulidə vərdiş etdikləri kimi materiallar yerləşdirmirik. Aksent prioritetin əhalinin məlumatlandırılmasına edilir ki, bu icma radiosunun prinsipidir və biz bu prinsipi qorumağaç həyata keçirməyə cəhd göstəririk. Mən əminəm ki, majoritar deputatların məsələsidir. Çünki burada hər şey onların lobbisi ilə olur, alqışlamağı sevirlər, bugün biz əl çalmırıq və özümüz üçün çalışırıq, faktlar qoyuruq və danışmağa sözləri yoxdur, imicləri pozulur və buna görə də bu təsir göstərilir”, – deyə Məmmədova “Netgazetiyə” söhbət zamanı bildirib.

Onun sözlərinə görə, müxtəlif məsələlərə görə ona və jurnalistlərinə müsahibə verməkdən imtina edirlər,eləcə də konkret materialların yayımlanmamasını da qeyd edirlər. Sonuncu dəfə Facebook-da qeydiyyatdan keçmiş saxta hesabda Məmmədovanın fotolarını təhqiredici yazılarla paylaşıblar.

Kamilla Məmmədova hesab edir ki, konstitusional dəyişikliklər haqqında deputatların fikirlərinin yayımlanmasından sonra onlara təsir göstərməyə başlayıblar.

“Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işində jurnalistlər iclasda performans etdikləri zaman Savalan Mirzəyevə müsahibə üçün zəng vurdum, çünki komitənin üzvüdür. Onda müəyyən etdi, mənə dedi ki, sizin jurnalistə qarşı  etirazım var. Ona görə ki, (material) yalandır və həqiqətə uyğun deyil. Mən ona dedim ki, əgər bizə qarşı hansısa etirazı varsa  niyə bizimlə əlaqə saxlamayıb. Hansısa kontrarqument var idisə biz bunu işıqlandırardıq”, – deyir Məmmədova.

Qardabanın majoritar deputatı Savalan Mirzəyev təsdiq edir ki, Kamilla Məmmədova və onun arasında telefon danışığı olub:

“Yazılmışdı ki, baxmayaraq Savalan Mirzəyev Qardabanın majoritar deputatıdır ən çox Marneulidə aktivlik edir. Mən soruşdum ki, bunu nəyin əsasında deyirlər. Dedi ki, icra hakimiyyətinin paylaşdığı fotomateriallara görə deyirlər. Mən xahiş etdim ki, həmin materialları mənə göndərsinlər. Ondan sonra bir ay keçib nə mən əlaqə saxlamamışam nə də ki özü. Bundan sonra söhbətimiz olmayıb”, – deyir Mirzəyev.

Bundan sonra Kürtlər icra hakimiyyətinin əməkdaşlarından biri İkinci kəndin sakinlərinə qarşı söyüş işlətmişdi. Bunu əks etdirən videonu isə Marneuli icma radiosu yayımlamışdı:

“Kvemo Kartli qubernatorunun müavini gəlmişdi. Eləcə də “Avropalı Gürcüstan”ın nümayəndəsi Ağməmməd İmamquliyev də orada idi və toqquşma baş verdi və biz video çəkmişdik. Kvemo Kartli qubernatorunun müavini, Darğallı xahiş etdi ki, həmin videonu yerləşdirməyək. Ancaq biz videonu yerləşdirdik. Bu videoda xüsis heçnə yoxdur. Düşünürəm ki, İmamquliyev ona əhaliyə müraciət etmək imkanı vermirdi deyə həmin videonun yayımlanmasını istəmirdi. Sadəcə imic məsələsi idi. Bundan sonra jurnalistləri danladılar”, – deyir Məmmədova.

Artıq üçüncü dəfə bir materiala görə Radio Marneulidən inciyiblər. Material Kvemo Kartlidə Mülki bərabərlik məsələləri üzrə Gürcüstan dövlət nazirinin nümayəndəsi öhdəliyini yerinə yetirən adamın müsabiqədən kənar təyin olunmasına aid idi. Bu materialın paylaşılmasından sonra Facebookda saxta hesab yaradılıb və təhqiredici şərhlərlə Məmmədovanın fotolarını yayımlayıblar və radiodan qovalamaqla hədələyiblər.

Jurnalistə göstərilə bilən mümkün təsirlə bağlı bəyənatı Jurnalist Etikası üzrə Xartiya da paylaşıb. Şura hüquq-mühafizə orqanlarını vaxtında və adekvat şəkildə, jurnalistlər üçün mümkün olan maneçilik törətmə və hədələmə faktını araşdırmağa çağırıb.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register