Xartiya Şurası jurnalistlər üçün mümkün olan maneçilik törətmə faktının araşdırılmasının tələb edir

Radio-Marneuli

Gürcüstan Jurnalist Etikası üzrə Xartiyaya Marneuli icma Radiosunun rəhbəri Kamilla Məmmədova müraciət edib. Onun sözlərinə görə ona və digər jurnalistlərə qarşı son bir həftə ərzində müxtəlif şəxslər tərəfindən təsir göstərilir, hədə-qorxu gəlirlər, sosial şəbəkələrdə sözlə və telefon zəngləri vasitəsilə təhqir edirlər.
Jurnalistlər artıq polisə müraciət ediblər.

Kamilla Məmmədovanın dediyinə görə, Radio “Marneulinin” etnik azlıqların sıx yaşadığı regionlarda (Kvemo Kartli) Mülki Bərabərlik məsələləri üzrə Gürcüstan Dövlət nazirinin nümayəndəsi öhdəliyini yerinə yetirən şəxsin müsabiqədən kənar təyin olunması haqqında materialın yayımlanmasından sonra təsir göstərilib.

Gürcüstan Jurnalist Etikası üzrə Xartiya Şurası hüquqi orqanları, vaxtında və adekvat şəkildə jurnalistlər üçün mümkün olan maneçilik törətmə və hədələmə faktının araşdırılmasının tələb edir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register