Marneulidə Avropa Şurası Konvensiyası haqqında ictimai görüş keçirildi

4 iyul tarixində Marneulidə Milli-Demokratik İnstitut (NDİ) və Gürcüstan Parlamentinin gender bərabərliyi şurasının təşkilatçılığı ilə ailədə və qadına qarşı zorakılıqla mübarizə, prevensiya və zorakılıq qurbanlarının mühafizəsi haqqında ictimai görüş keçirildi.

İctimai görüşün məqsədi Avropa Şurası Konvensiyası (İstanbul konvensiyası) haqqında əhalinin məlumatlandırılmasıdır.

Milli-Demokratik İnstitutun nümayəndəsi Teona Ğupuria bugünkü görüşün kəşflərindən  danışdı.

“Qanuna bu cəzanı daha da kəskin cəzalandıracaq dəyişikliklər daxil edildi. Bundan sonra Dövlət siyasəti bu istiqamətdə əhəmiyyətli dərəcədə dəyişəcək. Belə məsələlərdə evdar xanımlarla danışmaq vacibdir”.

İctimai görüşdə gender bərabərliyi şurasının üzvü, deputat – Nino Dzilosani iştirak edirdi. O, parlamentin gender bərabərliyi şurasının işini, gələcək planları müzakirə etdi və cəmiyyətə İstanbul Konvensiyasından dolayı Gürcüstan qanunvericiliyinə daxil  edilmiş vacib dəyişikliklər haqqında məlumat verdi.

“Gender şurası adından danışaraq deyə bilərəm ki biz qadınların iqtisadi-siyasi durumunun gücləndirilməsi ilə əlaqədar çox çalışırıq. Ancaq qadın zorakılğı problemi varsa digər yöndə gücləndirmədən danışmaq biraz çətindir. Ona görə də görüşümüzü bu istiqamətdə keçirməyi vacib bildik. Görüşlərdən gördük ki problem statistik göstəricilərdən də artıqdır”.

Görüşdə şura katibliyinin rəhbəri – Tinatin Avaliani, Gürcüstan Daxili İşlər Nazirliyinin və Gürcüstan Prokurorluğunun nümayəndələri də iştirak edirdilər. Onlar yerli siyasətçilər, deputatlar, qhet-lər və digər maraqlı vətəndaşlarla görüşdülər. Güllər İbrahimova şəxsi fikrini iştirakçılara çatdırdı.

“Mənim təşəbbüsüm var idi ki,əahliyə mobil telefonlar vasitəsilə ailə zorakılığı haqqında olan qanunveriicilikdən məlumat göndərilsin. Bu hansısa treninqlərin keçirilməsindən daha effektli olardı”.

Avropa Şurası Konvensiyası (İstanbul konvensiyası) ratifikasiya səndinin verilməsi 2017-ci ilin mayında baş verdi, ancaq 2017-ci ilin 1 sentyabrından qüvvəyə mindi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register