Aleko Elisaşvili “SOCAR”-a təşəkkürünü bildirir

Socar

Tbilisi sakrebulosunun müstəqil deputatı – Aleko Elisaşvili Facebookda canlı yayımda “Socar”-a təşəkkürünü bildirib. Kompaniya tarixi binanın demontaj olunması fikrindən daşınıb və hollandiyalı arxitektorların köməyi ilə bərpa işləri aparıb.

İalbuza küçəsində 20-ci əsrin əvvəllərində, 1905-ci ildə tanınmış arxitektor Aleksandr Şimkeviç yaşayış evi tikib. Şinkeviç Tbilisidə yaşayan polyak, həmçinin Tbilisi sakrebulosunun üzvü imiş. Ən əsası isə Elisaşvilinin sözlərinə görə Şimkeviç Ali Məhkəmənin müəllifi və arxitektoru olub.

Aleko Elisaşvilinin dediyinə görə, “Socar” qərar verib ki, bu tarixi yaşayış evinin uçurulmasına qərar verib və bu tələblə Tbilisi meriasına müraciət edib. Tbilisi meri Narmania dərhal bu tələbə imza atıb.

Elisaşvilinin videoda danışdığına görə, bundan sonra o, “Amkarla” bərabər kompaniyaya məktub yazıb ki, binanı uçurmasınlar. Bundan sonra “Socar” yenidən meriaya müraciət edib və demontajın əvəzinə bərpaya qərar verib. Deputatın sözlərinə görə qeyri-adi bir şey baş verib: Binaya tanınmış Hollandiya kompaniyası “BRESSER”-i dəvət ediblər və 2015-ci ilin 27 noyabrında evin yüksəldilməsi üzərində unikal proses başlayıb. Texniki baxımdan Tbilisidə tarixi binanın yüksəldilməsi layihəsi ümum Qafqazda unikal və yeganədir. Eləcə də Avrop aüçün də yeganə layihədir, çünki bu günə qədər 3-4 metr hündürlüyündə yaşayış tikilisinin ucaldılması həyata keçirilməyib.

სოკარ

Elisaşvilinin sözlərinə görə bununla tarixi tikilini xilas ediblər və bərpa işləri aparıblar.

“Çoxları qınayır ki, bax, sən neynirsən? Sən və “Amkar” yalnız qışqırırsız. Bax, bu mənim və dostumun birgə etdiyimiz işdir. Tbilisidə bu bina qorunub-saxlanıldı və bir daha “socar” kompaniyasına çox sağ ol deyirəm – deyə Elisaşvili Facebookda canlı yayımda bildirib.

“Socar”-ın rəsmi səhifəsində 2015-ci ilin yenilikləri arasında yazılıb ki: SOCAR-ın Gürcüstandakı nümayəndəliyi Gürcüstanın Mədəniyyət nazirliyinə, xüsusən də Milli Mədəni İrsin Qorunması Agentliyinə, eləcə də Tbilisi meriasına qarşı hörmətini bildirir. Onlar elə başlanğıcdan böyük maraq göstərirdilər və layihənin uğurla həyata keçirilməsini dəstəkləyirdilər.

Radio Marneuli

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register