Qarabağ konflikt zonasında dinc sakinlər ölüb

4 iyul tarixində axşam, Qarabağ konflikt zonasında, Alxanlı kəndində, hərbi hərəkətlər nəticəsində dinc sakinlər, etnok olaraq azərbaycanlılar  – 50 yaşlı qadın və onun 2 yaşlı nəvəsi ölüb. Başqa bir qadın atəş nəticəsində yaralanıb.

Azərbaycanın Müdafiə nazirliyi rəsmi bəyənatda baş verənə görə erməni tərəfini günahlandırır.

“Azərbaycanın silahlı qüvvələri “adekvat ölçülər” götürüblər ki, bundan sonra qarşı tərəf atəşi dayandırıb”, – deyə Azərbaycanın Müdafiə nazirliyinin bəyənatında bildirilir.

Dinc sakinlərin ölməsi ilə əlaqədar Ermənistan və Qarabağ tərəfi hələ heç bir bəyənat verməyib.

Baş verən haqqında ATƏT-in  (OSCE) Minsk qrupunun həmrəhbərləri birgə bəyənat yayıblar. Bəyənatda tərəfləri dərhal mübarizə hərəkətlərini dayandırmağa və dialoqa qayıtmağa çağırırlar.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ konflikti 1988-ci ildə başlayıb. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon, Azərbaycanın 20%, Ermənistanın silahlı qüvvələrinin işğalındadır. Ermənistan isə qəti olaraq bunu inkar edir. 1944-cü ildə tərəflər atəşin dayandırılması rejiminə imza atıblar, amma bu günə qədər beynəlxalq təşkilatların eqidi ilə bu iki ölkə arasında danışıqlar uğursuz hesab olunur. İki tərəf də atəşin dayandırılmaması rejiminin pozulmasında bir-birini günahlandırırlar.

Konfliktlər üzərində çalışn təşkilat, “Beynəlxalq Krisi qrupu” (İCG) 2017-ci ilin 1 iyununda hesabat yayımlayıb, hesabatda yazılıb ki, Ermənistan və Azərbaycan hal-hazırda tam miqyaslı müharibəyə daha yaxındırlar, nəinki nə vaxtsa 1994-cü ildə atəşin dayandırılmasından sonra.

Mənbə: netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register