Cecelava bildirir ki, Əliyevlə görüşü zamanı yalnız təhsildən danışıblar

news3

Gürcüstanın vitse-premieri, Elm və Təhsil naziri Aleksandr Cecelava Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb.

Görüşlə bağlı gürcü və Azərbaycan tərəfi eyni və qısa məlumatı yayımlayıb.

“Görüş zamanı ölkələr arasında Elm və Təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti haqda müzakirə aparıblar. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qeyd olunub ki, Gürcüstan və Azərbaycanın dostluq münasibəti regionda stabilliyin əsas şərtidir. Gürcüstanın vitse-premieri Aleksandr Cecelava Prezidenti Gürcüstanın Elm və təhsil sahəsində gedən reformalarla tanış edib və tərəflərin qeyd etdiyinə görə, bu baxımdan ölkələr arasında əməkdaşlıq yenidən aktiv olaraq davam etdiriləcək”, – Gürcüstanın Təhsil Nazirliyi tərəfindən yayımlanan bəyənatda bildirilir.

Oxşar ümumi məlumatı azərbaycan tərəfi də yayımlayıb. Azərbaycan media hakimiyyətinin məlumatına əsaslanaraq yazır ki, “Cecelava və Əliyev universitetlərdə olublar və bu onlarda böyük təssürat yaradıb”.

“Cecelava bildirib ki, eləcə də Bakı Ali Neft məktəbinin işi maraq doğurur. Qonaq qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq üçün təhsil sahəsində birgə səy göstərmək lazımdır.

Azərbaycan mediasının məlumatına görə İlham Əliyev və Aleksandr Cecelava tələbələrin dəyişməsi məsələsini də müzakirə ediblər.

Azərbaycan Prezidenti ilə görüşün mövzularından biri də Tbilisidən Azərbayacan qaçırılmış araşdırmaçı jurnalist, Əfqan Muxtarlının işi idimi – məlum deyil. Ancaq Muxtarlının qaçırılmasından sonra dəfələrlə bəyənat verən Gürcüstanın vitse-premieri və Təhsil naziri Rustavi 2 ilə söhbəti zamanı iddia edir ki, Əliyevlə görüş zamanı Əfqan Muxtarlı mövzusunda danışmayıb və onun müzakirəsi ilə mraqlanmayıb. Çünki mövzu gün qrafiki ilə nəzərdə tutulmamışdır.

Əfqan Muxtarlının qaçırılması işində Aleksandr Cecelava tərəfindən edilmiş bəyənatdan görsənir ki, o, azərbaycan hökumətinin və istintaq müəssisəsinin mövqeyi ilə razılaşır ki, qaçqın jurnalist özü Gürcüstandan Azərbaycana qanunsuz yol ilə keçməyə cəhd göstərib və həmin vaxt onu saxlayıblar.

Əfqan Muxtarlı Tbilisidən 29 may tarixində yoxa çıxıb və 30 mayda Bakıda həbs olunmuş şəkildə tapılıb. O, vəkilə deyib ki, Tbilisinin mərkəzindən onu Gürcüstanın DİN kriminal polis formasında geyinmiş adamlar qaçırıblar və başına torba geyindirirərək sərhəddi keçiriblər. Gürcüstan DİN-i indiyə qədər Muxtarlının qaçırılması işini araşdırmayıb və Muxtarlının 29 mayda yoxa çıxdığı gün yerini dəyişməsini göstərən video kameraların görüntülərini göstərməyiblər.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register