Yeni qanuna əsasən polis səs-küyə görə əhaliyə cərimə yaza bilər

Parlment üçüncü dinləməsi ilə Eka Beselia tərəfindən hazırlanmış qanunu layihəsini qəbul edib. Qanuna əsasən polis səs-küyə görə əhaliyə cərimə yaza bilər.

Qanuna və layihəyə əsasən, birinci dəfə səs-küyə görə şəxslər cərimələnməyəcəklər. Təkrar olunduğu halda isə fiziki şəxslər 150 lari, hüquqi şəxslər isə 500 lari dəyərində məbləğlə cərimələnəcəklər. Bir il ərzində hüquq pozuntusunun üçüncü dəfə və sonrada hər dəfə təkrar olunması halında fiziki şəxslər 300 lari, hüquqi şəxslər isə 1000 lari dəyərində məbləğlə cərimlənəcəklər.

Layihəyə əsasən, polis 100 min lariyə xüsusi cihaz əldə etməlidirlər ki, şəhərlərdə səsin dərəcəsini ölçsün. Qanun gündüz və gecə səs-küyü müəyyən edəcək. Gün saatı olaraq 07.00-23.00, gecə saatı olaraq isə 23.00-dan 07.00-yə qədər hesab olunur.

Qanunlayihədə cəriməyə səbəb olacaq səs-küyün dərəcəsi müəyyən edilməyib. Qanunlayihədə yazılıb ki,  hökumət səsin dərəcəsi haqqında reqlament qəbul etməlidir ki, səsin hansı dərəcəsinin qanun pozuntusu hesab olunduğunu müəyyənləşdirsin.

Yeni qanunla bağlı Marneuli sakinləri arasında sorğu apardıq onların fikirni örgənməyə çalışdıq.

Onu da əlavə edim ki, qanun yerli özünüidarəetmə orqanları ilə razılıaşmış istirahət, mədəni və ictimai idman tədbirlərinə, eləcə də tikinti və təmir işlərinə aid deyil.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register