Akif Çovdarov: “Qohumlarımın da mülklərini mənim adıma yazıb, həbs qoyublar”

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

MarneuliFM – in  xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən prosesdə bir sıra şahid və zərərçəkmişlərin dəfələrlə prosesə çağırılsalar da, gəlmədikləri məlum olub. Hakim həmin şəxslərin istintaq zamanı verdikləri ifadə ilə kifayətlənməyi müzakirəyə çıxarıb. Lakin təqsirləndirilən şəxslər bir sıra şahid və zərərçəkmişin iclasa gəlib, ifadə verməsinin vacib olduğunu deyiblər.

İclasda barəsində məcburi gətirilmə qərarı çıxarılmış şahid Zülfüqar Məmmədov ifadə verib. Zərərçəkmiş Mübariz Məmmədovun qardaşı olan Z. Məmmədov bildirib ki, qardaşının MTN-ə çağırılmasını bilib, lakin orada döyülməsindən məlumatsızdır. O, istintaq zamanı verdiyi ifadələrin bir hissəsini təsdiqləməyib.

Şahid Nizami Bayramov isə bildirib ki, A. Çovdarovun kürəkəni Rövşən Əhmədov obyektlər tikib və həmin obyektlər R. Əhmədova məxsus olub.

Akif Çovdarov deyib ki, qohumlarına məxsus əmlakları da onun adına yazıb, həbs qoyublar: “Mənim kürəkənim bizneslə məşğul olub. Qohumlarımın mülklərinin də mənə adiyyəti yoxdur. Onları mənim adıma yazmaq düzgün deyil”.

Proses iyulun 10-da davam edəcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register