Tbilisidən Batumiyə təyyarə ilə 90 lariyə uça biləcəksiniz

7 iyul tarixindən “Servisair” Tbilisi beynəlxalq aeroportundan Batumi beynəlxalq aeroprtu istiqamətində uçuşlara başlayacaq. Səfər edənlərə “Saabi” növ 32 -nəfərlik təyyarə xidmət göstərəcək. Bir yolun qiyməti isə 90 laridən ibarətdir.
Biletləri turistik kompaniya “Vanila Skia”nın Tbilisi və Batumi ofislərində, eləcə də qeyd olunan kompaniyanın veb-səhifəsində (7 iyul saat 16:00-dan) və Batumi beynəlxaq aeroportunun kassasından ala bilərsiniz.
Mənbə: netgazeti.ge
0 Comments