Mən Mələyəm! Azərbaycanlı qız, mənim adım gürcü dilində “angelozi” deməkdir, mənim qanadlarım isə gürcü dilidir

3

Mən mələyəm! Azərbaycanlı qız, mənim adım gürcü dilində mələk deməkdir, mənim qanadlarım isə məni möhtəşəm gələcəyə uçuracaq gürcü dilidir. Mən buna inanıram!

Gürcüstanda doğulmuşam, ilk adımmlarımı bu torpaqda atmışam burada böyümüşəm. Birinci sinifdən gürcü dilini öyrənməyə başlamışam. Bax, mənim uğura gedən yolum buradan başladı.

Addımlarımı qorxmadan atırdım, amma əmin idim ki, bu yol məni böyük uğura aparacaq. Gürcü dilinin vasitəsi ilə bir çox arzu və istəklərimi gerçəkləşdirdim. Gürcü dilini sehri açar adlandırdım.

Gürcü dilində bir çox tanınmış əsərlər oxudum. Gürcü dili elə şirindir ki, oxumaqdan, danışmaq ayrıla bilmirsən. İliaya, Akakiyə, İakoba və digərlərinə təşəkkür edirəm ki, gürcü dilinin zənginliyini mənə hiss etdirdilər. Bu dil mənim qaranlıq gecəmdə yanan məşəlimdir, mənim uğura gedən möcüzəvi yolumdur.

Bilirisiniz mənim gündəlik həyat tərzim necədir? Kədərli, eyni rəngdə və mənası olmayan. Uzaqdan işıqlandıran və daha yaxşı gələcək vəd edən yeganə məşəlim gürcü dilini bilməyimdir. Bu dilin xidmətidir ki, mən “Etalon” müsabiqəsində iştirak etdim və uğur qazana bildim. Bu dil məni öz kəndindən çıxardı və Gürcüstanın ən gözəl guşəsini, Samtsxe-Cavaxetini göstəridş Bakurianinin gözəl dağlarından öz vətənimə baxırdım və baxmayaraq ki, şair deyiləm, o zaman Gürcüstan haqqında şeir yazmaq istədim:

,,საქართველო, ჩემო!

ნათელო სამყარო,

სიბნელეში ჩემო

ანთებულო ლამპარო,

შენი ტრფობა გულში ცხოვრობს

და დღითიდღე იზრდება,

როცა ვფქირობ უმალ გრძნობა მიჩნდება,

და ვამბობ:

ჩემი ცხოვრების მიზანო,

ჩემო ძარღვში სისხლო,

ჩემო კაშკაშა მზეო!

მჭირდები!

İnanın ki, bu mövzuda çox şey demək olar. Amma mənim qələmimim onun gözəlliyini təsvir edəcək gücü yoxdur.

Çox zaman mənə deyirlər ki, çox uğur qazanıbsan, dəfələrlə qalib gəlmişəm, bunun səbəbi nədir? Əmək və gürcü dilini bilmək. Bax, sirr budur.

Gürcü dili mənim güvən mənbəyimdir. Elə bilirəm ki, mən sehrli açarlarımla bütün qapıları aça bilərəm.

Mənim vətənim, gürcü dili və mən bu dünyada sadiqik və olacağıq da. Qanadları açılmış şəkildə ona doğru uçacam və qanadlarımı kəsməyin, uçmağa, daha yaxşı gələcəyə və uğura doğru uçmağa imkan verin!

Müəllif: Kirəcmuğanlı məktəbinin 11-ci sinif şagirdi Mələk Aşırova

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register