Prezident 170 nəfər məhbusu əfv edib
Bugün, 6 iyul tarixində, Gürcüstan Prezidenti əfv fərmanı imzalayıb və 170 məhbusu əfv edib. Onlardan 120 nəfəri bugün cəzaçəkmə müəssisəsini tərk edəcək. Əfv olunanlardan 9 nəfəri qadındır.
Əfv Komissiyasının sədri, Zviad Koridzenin bildirdiyinə görə, komissiya cəmi 1070 məhbusun işini müzakirə edib.
Mənbə: netgazeti.ge
0 Comments