Kumsişvili: 6 ay ərzində lari ABŞ dolları ilə müqayisədə 9,4% güclənib

news4

Maliyyə naziri Dimitri Kumsişvilinin bəyənatına görə, ilin başlanğıcından milli məzənnənin nominal effektli dəyişmə kursu 5,7%-lə, ancaq ABŞ dolları ilə müqayisədə lari 9,4%-lə güclənib. Kumsişvilinin bildirdiyinə görə milli məzənnənin güclənməsi səbəbi ölkənin iqtisadi artımı və xarici faktorlardır.

İqtisadi artıma gəldikdə isə maliyyə naziri bildirib ki, 2017-ci ildə planlaşdırılmış iqtisadi artım 4%-dir, ancaq, 5 ayın göstricisinə əsasən ümumi daxili məhsulun iqtisadi artımı 4,5% təşkil edib.

“Vergi gəliri baxımından, 6 ay ərzində büdcəyə 4 milyard 748 milyon lari daxil olub ki, keçən illə müqayisədə 14% çoxdur. Əlbəttə iqtisadi artıma müəyyən faktorlar təsir göstərib və bu faktorlara diqqət yetirmək istərdim, eksport əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə həyata keçirilmiş eksport 1 milyard 3 milyon ABŞ dollarını təşkil edib ki, keçən illə müqayisədə 28,7% çoxdur. Ancaq ümumilikdə ticari dövriyyə 3 milyard 944 milyon ABŞ dollarını təçkil edib ki, bu da 14,9%-lə artıqdır”, – deyə Kumsişvili bildirib.

Maliyyə naziri turizm haqqında olan göstəricilərdən də danışıb. Onun məlumatına görə, 6 ay ərzində Gürcüstana 2 000  996 adam gəlib ki, bu keçən illə müqayisədə 13,4% çoxdur:

“Turizmdən keçən illə müqayisədə 205 milyon dollar artıq gəlir əldə etdik. Ümumilikdə, 6 ayın göstəriciləri ilə, turizmlə 1 milyard 70 milyon dollar daxil olub. Xarici investisiyaların iqtisadiyyata birbaşa yaxşı təsiri var idi. İlk kvartalda, xatırlayırsız ki, 403 milyon dollar xarici investisiyalar əsasən nəqliyyat, kommunikasiya, tikinti və daşınmaz əmlak kimi sektorlarda idi”, – deyə bildirib Kumsişvili.

Mənbə: netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register