Kaxa Kaladze: Bidzina İvanişvilinin seçki qabağı dəstək bəyənatı verməsi mümkündür

news

Tbilisi merliyinə “Gürcü Arzusu” namizədi Kaxa Kaladze bildirib ki, keçmiş premyer Bidzina İvanişvili seçki qabağı dəstək bəyənatı verə bilər.

“Yerli özünüidarəetmənin seçkilərində cənab Bidzina öz namizədliyini irəli sürməyib. Baş nazir olduğu zaman təqdim etmişdi. Baş nazir olmadıqdan sonra artıq seçkiqabağı dövrdə iştirak etməyib. O, adi dəstəkçidir, necə ki, idman, incəsənət, nümayəndələri və ola bilsin ki, o da öz fikrini qeyd etsin. Cənab Bidzina mənim komandamın dəstəkçisidir, çünki mənim uğurum, komandamın uğuru, birbaşa nazirlər kabinetinin uğuruna təsir göstərir. Bidzina İvanişvili ola bilsin ki, dəstəklə bağlı bəyənat versin”, – Kaxa Kaladze bizim Bidzina İvanişvilinin seçkiqabağı kampaniyada iştirak etməməsinin onun üçün dəstək və ya maneçilik olacağına dair suallarımıza belə cavab verdi.

Bugün, 6 iyul tarixində, Kaxa Kaladze Energetika naziri vəzifəsini tərk edib,  2017-ci ilin özünüiadarəetmə seçkilərində Tbilisi merliyinə namizədlikdə iştirak edir.

Parlament çoxluğunun nümayəndələrinin bir hissəsi “Netgazeti” ilə söhbət zamanı bildirib ki, keçmiş baş nazir 2017-ci ilin yerli özünüidarəetmə seçki kampaniyasında iştirak etməyəcək, necə ki, bunu keçən seçkilər zamanı edirdi.

Bidzina İvanişvili 2016-cı ilin Parlament seçkilərinin əvvəlki dövründə aktiv iştirak edirdi. O, ictimai məktub yazmışdı. Eləcə də – Gürcüstanın regionlarında jurnalistlər və vətəndaşlarla görüşürdü, bəyənatlarında seçkilərdə iştirak edən müxalifər partiyalarını tənqid edirdi və Gürcü Arzusunu dəstəkləyirdi.
Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register