Zorakılıq və Diskriminasiya barədə məlumat xarakterli görüş keçirildi

6 iyul tarixndə Marneuli Bələdiyyəsinin İcra Hakimiyyətinin böyük konfrans salonunda, “Qadınlar Otağı” bələdiyyə servisinin təşəbbüsü ilə zorakılıq və diskriminasiya mövzusunda məlumat xarakterli tədbir təşkil olundu.
Görüşdə Məntəqə Müfəttişi-Müstəntiq Xatuna Barbakadze və Marneuli Hüquqi Yardım Xidmətinin nümayəndələridə iştirak edirdilər.
Bu haqqda bizə Marneuli munisipolitetinin qadın otağının meneceri Rima Otarasvili məlumat verdi.
“Tədbirdə məktəb şagirdləri və müəllimlər, direktorlarla görüş keçirildi. Görüşdə eləcə də fəal qadınlar və gənclərdə iştirak edirdilər. Görüşün aparaıcısı polis istintaqçısı Xatuna Barbakadze və qadın otağının nümayəndələri idilər. Görüşün məqsədi ailədə zorakılıq və diskriminasiya idi. Biz əsas aksenti məktəblilərə etdik. Onlara qaynar xətt nömrələri, zorakılıq zamanı necə müraciət etmələri haqqında məumat verildi”.
Tədbir müzakirə şəklində başa çatdı.
Amil Məmmədov2286 Posts
0 Comments