Tbilisidə itləri gəzdirmək üçün parklar salınacaq

news4

Heyvanların Monitorinq Agentliyinin məlumatına görə, Tbilisidə xüsusi olaraq seçilən 7 nöqtədə itlərin gəzdirilməsi üçün yerlər təşkil olunacaq. İt sahibi olanların şəxsi ev heyvanlarını gəzdirmək və onlarla birgə istirahət etmək imkanları olacaq.

Agentliyin rəhbəri, Temur Pxaladzenin məlumatına görə, xüsusi yerlər “Vera bağının”, “Kus Tba” yaxınlığındakı ərazilərdə, “Dedaena” bağında, “Qırmızı bağda”, “Mziuridə” eləcə də, Varketili və Petriaşvili küçələrinin parklarından birində ayrılacaq.

Gəzdirmək üçün ərazilər təcrid olunacaq və sərhədlənəcək. Həmin sahəyə itlərin xaltasız buraxılacaq.

“Bu elə yerlərdir ki, sahiblər itlərini heç bir məhdudiyyət olmadan gəzdirə bilərlər. İtlərin fiziki yüklənməməsi üçün maneələr olacaq, həmin ərazidə xüsusi nəcis atmaq üçün qutular yerləşdiriləcək. Eləcə də şamlıqlar salınacaq ki, sahiblər dincəlsin”, – deyir Pxaladze.

Agentliyin rəhbərinin dediyinə görə, xüsusən itlərin gəzdirilməsi üçün ayrılan yerlər yalnız it sahiblərinin komfortunu deyil, həm də vətəndaşlarının təhlükəsizliyini də artıracaq. Eləcə də şəhərdə sanitar vəziyyət yaxşılaşacaq.

Pxaladzenin sözlərinə görə, şəhərin hökumət və sakrebulo tərəfindən icazə verilib və parkların eskiz layihələri müvafiq rayon, icra hakimiyyətlərinə verilib. Artıq işlər başlayıb.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register