Fiziki imkanları məhdud olan şəxslərin bərabərliyi haqqında Marneulidə seminar keçirildi

6 iyul tarixində Marneuli Kitabxanasında fiziki imkanları olan şəxslərin məsələləsi haqqında məlumatın artırılması üçün treninq-seminar keçirildi. Seminarın səbəbləri Milli haqqınd uşaq və gənclər mərkəzinin mütəxəssisi Mariko Kobaxidze danışdı.
“Görüşün məqsədi gənclər və yerli muniispolitetin nümayəndələrinin fiziki imkanları məhdud olan şəxslərlə bağlı baza qanunları haqqında məlumatlandırılması idi. Həmçinin, biz təəssüf ki, bugün cəmiyyətdə olan fərqli baxışlardan, stiqma və stereotiplərdən də danışdıq. Eləcə də qeyd olunan problemlə necə müzakirə aparacağımızı müzakirə etdik”.
Seminar çərçivəsində inkluziv təhsil, fiziki imkanları məhdud olan şəxslərlə bağlı masmedianın rolu, cəmiyyət tərəfindən olan stereotiplər və fiziki imkanları məhdud olan şəxslərin idman aktivlikləri haqqında müzakirələr baş tutdu. Treninq-seminarın iştirakçısı Nata Xmaladzenin sözlərinə görə treninqdə aldığı məlumat onun üçün maraqlı imiş.
“Çox yaxşı treninq idi. Çox yeni məlumatlar əldə etdim. Paralel olaraq olimpiya oyunları haqda da yenilik öyrəndim. Eləcə də fiziki imkanları məhdud olan şəxslərlə bağlı indiyə kimi bilmədiyim yeni məlumatlar öyrəndim və bundan sonra bildiklərimi daha çox realizə edəcəm”.
Layihəni “Bərabərlik dəyişikliklər” çərçivəsində, Milli uşaq və gənclər mərkəzi həyata keçirir.
Amil Məmmədov2286 Posts
0 Comments