İcra hakimiyyətində daha 44 nəfər, bələdiyyədə isə 1 nəfər çalışmağa başlayacaq

marneuli

Marneuli özünüidarəetməsində 99 vakansiya elan olunmuş yerin müsabiqəsinin nəticələri məlum olub. Müsabiqə nəticəsində danışıqları keçdikdən sonra, xüsusi olaraq yaradılmış komissiyanın yekun qərarının əsasında icra hakimiyyətində daha 44 nəfər, bələdiyyədə isə 1 nəfər çalışmağa başlayacaq. Marneulinin icra hakimiyyətinin administrativ xidmət rəhbəri Nino Dekanoidzenin sözlərinə görə müsabiqədə iştirak edənlərə artıq mesajlar göndərilib.

“Müsabiqəçilədə artıq mesajlar göndərilib. Mənfi də müsbət də cavab nədirsə hamısı göndərilib. Indi sənədlərin mərhələsindəyik, müsabiqəçilər sənədləri təqdim etməlidirlər. İctimai xidmətlə bağlı qanuna əsasən bir həftə ərzində sənədlər də hazırlanacaq və sonra təyin olunmalar başlayacaq”.

Eləcə də Nino Dekanoidzenin sözlərinə görə həmin danışıq mərhələsini uğurla keçə bilməyən  39 müsabiqəçinin nəticəni şikayət etmək üçün 2 gün vaxtları var. 54 dolmamış vakansiya yerlərinə gəldikdə isə, icra hakimiyyətinin administrativ xidmət rəhbəri Nino Dekanoidzenin sözlərinə görə həmin yerləri doldurmaq üçün müsabiqə yenidən elan olunacaq.

“Biz tez elan etmək istəyirik, təxmini olaraq 2 həftədən sonra. Müqavilələr bağlandıqdan, hamı təyin olunduqdan sonra biz baxacağıq ki, neçə yerimiz qalır və sonra vaxtında yenidən müsabiqə elan edəcəyik”.

Özünüidarəetmədə müsabiqə 99 vakansiyalı yer üçün elan olunmuşdu, onlardan 2 mövqe bələdiyyənin qalan 97-i isə icra hakimiyyətinindir. Yerli özünüidarəetmənin məmurlar müsabiqədən Marneulidə 191 nəfərdən 84 nəfəri uğurla keçib, müvafiq olaraq danışıqlarda da 84 nəfər təqdim olunmuşdu.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register