Gürcüstan missiyası BMT-də Təhlükəsizlik Şurasına sərhəddin çəkilməsi məsələsi ilə bağlı müraciət edib

news

BMT-də Gürcüstan missiyası BMT-nin Təhlükəsizlik Şurasına və Baş Assambleyaya  Qori rayonunun Berşueti kəndində rus əsgərlərinin özbaşına hərəkətlərinə görə xüsusi bəyənat təqdim edib. Məlumatı “Amerikanın səsi” yayımlayır.

“Bu sərhəddin çəkilməsinin qanunsuz prosesinin davam etdirilməsidir ki, yalnız yerli əhalinin təməl dəyərlərinə qarşı çıxmır, həm də yerində təhlükəsizlik məsələlərinə zərər  vurur, eləcə də Gürcüstanın konfliktləri sülh yolu ilə həll etməsi yolunda səylərinə məhəl qoymur.

Beynəlxalq dostluğun dəfələrlər çağırışına baxmayaraq, bəyənatda yazıldığı kimi yenidən beynəlxalq öhdəlikləri və qanunları pozur və eləcə də 2008-ci il 12 avqustda qəbul olunmuş atəşin dayandırılmasına dair müqavilənin şərtlərini yerinə yetirmir.

“Bu fakt və Gürcüstanda ümumi vəziyyət, ərazilərin  işğal olunmuş vaxtında, bir daha vaciblik yaradır ki, yerində beynəlxalq təhlükəszilik normaları bərpa olunsun. Bu humanitar prosesə və insan hüquqlarının və müdafiəsinin mexanizmlərinin yaranmasına dəstək olacaq. Gürcüstanın xarici idarəsinin rəhbəri beynəlxalq dostluğa çağırır ki, Rusiyanın qanunsuz hərəkətlərinə qarşı müvafiq ölçülər götürsünlər. Gürcüstan bütün berketlərdən, eləcə də Cenevrə formatında danışıqlardan, beynəlxalq ölkələrin dəstəyindən istifadə edəcək ki, Rusiya tərəfindən yuxarıda qeyd olunan hərəkət dayandırılsın”, – deyə “Amerikanın səsi”nin yayımladığı bəyənatda deyilir.

4 iyul tarixində gürcü mediası və Gürcüstan Təhlükəsizlik xidməti tərəfindən yayımlanan məlumatda qeyd olunur ki, “Qori munisipolitetinin Berşueti kəndi istiqamətində olan işğal xəttində qanunsuz montaj olunmuş sərhəddi təyin edən banerə görə bir neçə yerli sakinin kənd təsərrüfatı sahəsinin bir hissəsi işğal xəttindən kənarda qalıb. Buna Gürcüstanda Avropa İttifaqı Nəzarət Missiyası (EUMM) rəy bildirib. Missiyanın məlumatına görə, banerlərin qoyulması sonuncu faktı 4 iyul tarixində deyil, 2017-ci ilin 19 iyununda  Berşueti (Qduleti) yaxınlığında çox yaxın administrativ sərhəddə, Tbilisi tərəfindən yoxlanılmayan hissədə qeydə alınıb.

4 iyul tarixində gürcü tərəfindən edilmiş rəsmi bəyənatlara Moskva da rəy bildirib və Gürcüstanı yenidən yalan və cəfəngiyyat bəyənatlarında günahlandırıb.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register