Mustafa Emre Çabuk və onun ailəsinə qaçqın statusu verilməyib

news3

Dəmirəl adına özəl kollecin meneceri, Mustafa Emre Çabuk və onun ailəsinə Gürcüstanın Qaçqınlar və Köçkünlər Nazirliyi qaçqın statusu verilməsindən imtina edib. Bu haqda məlumatı “Netgazetiyə” ailə vəkili, Soso Barataşvili təsdiqləyib.

Barataşvilinin dediyinə görə, nazirliyin Çabukun ailəsinə status verilməsindən imtina etməyə qanuni hüququ yoxdur və qanuna uyğun olaraq, vəkil 1 ay müddətində bu qərarı məhkəməyə şikayət edəcək.

Soso Barataşvilinin dediyinə görə, vəkilə 10 səhifəlik sənəd cəmi bir neçə dəqiqə əvvəl verilib və bu məsələ ilə bağlı geniş məlumatı vəkil Çabukun həyat yoldaşı ilə bərabər  bazar ertəsi, iyulun 10-da planlaşdırılan mətbuat konfransında verəcək.

Dəmirəl adına özəl kollecin meneceri, Türkiyə vətəndaşı Mustafa Emre Çabuk mayın 24-də saxlanılıb. Onun vəkili Soso Barataşvilinin Netgazetiyə verdiyi məlumata görə, səbəb Türkiyə tərəfinin tələbidir. Tələb isə təsdiqləyir ki, Çabuk “Terror təşkilatı” FETO-nun işlərinə dəstək göstərirmiş. Bu faktdan bir gün əvvəl Türkiyə hökumətinin Gürcüstana səfəri baş vermişdir ki, rəsmi məlumata görə səfər zamanı iqtisadi və mədəni məsələlər müzakirə olunub.

Gürcüstanın Qaçqınlar və Köçkünlər nazirliyinin status müəyyənləşdirmə deparamentinin rəhbəri İa Pozov bildirib ki, bütün ailəyə qaçqın statusunun verilməsi məsələsi 7 iyul tarixində həll olunacaq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register