Təlim – “Ailədə zorakılıq və qurbanlar üçün dövlət servisləri”

mekteb-1

Mülki Məşğulluq Mərkəzində “Ailədə zorakılıq və qurbanlar üçün dövlət servisləri”mövzusunda treninq keçirildi. Treninqin məqsədi qeyd olunan mövzuda 14 təhsil həmyaşıdının  hazırlanmasıdır. Treninqin əhəmiyyəti haqqında ailədə zorakılığın azaldılması layihəsinin direktoru Nino Davitaşvili danışdı

“Bizim məqsədimiz qurbanlara servislər haqqında məlumat çatdırmaqdır. Ümumiyyətlə etnik azlıqların məskunlaşdığı regionlarda dil barieri və digər səbəblərdən əhalinin dövlət servisləri haqqında məlumatı azdır. Ilk növbədə belə etnik azlıqarın məskunlaşdığı regionlarda məlumat vermək vacibdir”.

Biz treninqin bir neçə iştirakçısı ilə də söhbət etdik. Tamar Xaraişvili, Güllər İbrahimova və Maka Menteşaşvili treninqin vacibliyini dəyərləndirdilər.

“Bizim bugünkü görüşümüz çox maraqlı keçir. əminəm ki nəticəsi də olacaq. Cəmiyyətimizdə nə qədər məlumatlı insan olsa özümüzə xeyirdir çünki çox hallarda özləridə bilmirlər ki zorakılıq edirlər və ya qurbandırlar”– Tamar Xaraişvili dedi.

“Biz on beş nəfər olamaqla bizə keçirilən təlimlərin nəticəsində biz başqa-başqa kəndlərdə əhaliyə, gənclərə təlimlər keçməliyik ki, ailə daxilində ailə üzüvlərinə qarşı zorakılıq olmasın. Mən düşünürəm ki, bu yaxşı təşəbbüsdür və bunu kimi təlimləri sayının çoxalması yaxşı olar. Bu problem həll olar. Çünki dünyada ümiyyətcə dünyaca ən böyük  problemlədən biri el ailədə zorakılığıdır”– Güllər İbrahimova dedi.

“Hesab edirəm ki çox maraqlı və vacib mövzudur. Insanlar üçün yaxşıdırki hüquqi məsləhət almağın qaynar xəttə zəng vurmağın berketini öyrənirlər. Elementar olaraq öz hüquqları haqqında məlumat ala bilərlər”– Maka Menteşaşvili dedi.

“Ailədə zorakılıq və qurbanlar üçün dövlət servisləri” treninqi on mülki məşğulluq mərkəzində də trefikinq qurbanları  mühafizəsinin dövlət fondunun dəstəyi ilə keçirilir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register