“Gənc ideya” layihəsinin yekun görüşü
7 iyul tarixində Marneuli munisipolitetinin icra hakimiyyətinin binasında gənc ideyanın yekun görüşü baş tutdu. Görüşdə layihənin müəllifləri, icra hakimiyyəti nümayəndələri və Avropa fondunun üzvləri iştirak edirdilər.
Gənc ideyanın fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında Avropa fondunun nümayəndəsi Tamar Tsertsvadze danışdı.
“Avropa fondunun missiyası odur ki, proqramların həyata keçirilməsi ilə vətəndaşların aktivləşməsinə dəstək olmaqdır. Biz könüllülüyün, aktiviyin formalaşmasına dəstək göstəririk. Bugün yekun görüş oldu və həqiqtən də nəticəni gördük. Bu kiçik 5 layihə çərçivəsində bir çox dəyişikliklər oldu. Gənclərin özü də sevinirlər ki nəsə ediblər. Düşünürəm ki onların gördüyü iş marneuli üçün dəyərlidir”.
Bizimlə “şans ver sağlam yaşasın” layihəsinin müəllifi Ana Nadiradze danışdı. Onun məqsədi gənclərdə sağlam həyat tərzinin əsasının qoyulmasıdır.
“Təqdimat şəklində mənim layihəmdə verilmişdir. Mənim layihəm gənclərdə sağlam həyat tərzinin inkişafına aiddir. Bu layihə çərçivəsində mirzovka məktəbinin erməni bölməsinə inventar verdik. Idman zalları yoxdur və biz çalışdıq ki onları biraz həvəsləndirəkt.
Gənc ideyanın maliyyə menecerinin, Lika Devadzenin dediyinə görə layihə həqiqətən də gənclərin fəallaşmasına dəstək olur.
“Bir ildirki bu təşəbbüs qrupunun üzvüyəm. Marneulinin gənc ideyası məhz təşəbbüs qrupudur ki müxtəlif layihələri maliyyələşdirir. Eləcə də gənclər tərəfindən yaradılıb. Bizdə rayonda bir çox aktivliklər həyata keçirmişik. Onlardan biri psi vərdişlərə yox tədbiri idi.bir dəfə siqaret çəkmək əvəzinə biz insanlara konfet paylayırdıq. Bu isə rayonda sağlam həyat tərzinin yaranmasını əks etdirirdi”.
Gənc ideya layihəsi Gürcüstanda 2008-ci ildən həyata keçirilən beynəlxalq proqramdır.
Amil Məmmədov2286 Posts
0 Comments