Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri erməni ordusuna dağıdıcı zərbələr vurub

employee-news
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri erməni ordusuna dağıdıcı zərbələr vurub, düşmənin hərbi texnikasını və döyüş infrastrukturunu  sıradan çıxarıblar.
Erməni tərəfinin məlumatına görə isə Azərbaycanın hərbi hərəkətlərinin nəticəsində, bu gün Qarabağda üç əsgər yaralanıb.
4 iyul tarixində Qarabağ münaqişə zonasında, Əlxanlı kəndində, hərbi fəaliyyət nəticəsində dinc sakinlər, etnik azərbaycanlılar – 50 yaşlı qadın və onun iki yaşlı nəvəsi həlak olub. Digər bir qadın atəş nəticəsində yaralanıb. Azərbaycanın Müdafiə Nazirliyi baş verəni yayımlayıb və erməni tərəfini günahlandırıb. Bugünkü hərəkəti Azərbaycan tərəfi məhz 4 iyul faktından sonra prevensiyalı ölçü adlandırıb.

Konfliktlər üzərində çalışan təşkilat, “Beynəlxalq Böhran Qrupu” (İCG) 2017-ci ilin 1 iyununda hesabat yayımlayıb. Hesabatda yazılır ki, Ermənistan və Azərbaycan hal-hazırda geniş miqyaslı müharibəyə daha yaxındırlar nəinki 1994-cü ildə atəşin dayandırılmasından sonra.

Mənbə:netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register