“Rus işğalı dayansın” – vətəndaşlar Berşuetidə çadırlar qurublar

news4

8 iyul tarixində, Qori rayonunun Berşueti kəndində, işğal xəttinin yaxınlığında Gürcüstan vətəndaşları etiraz olaraq çadırlar qurublar və orada düşərgə salıblar. Aksiya hansısa siyasi və ya QHT tərəfindən planlaşdırılmayıb, hər bir vətəndaş etiraza qoşula bilər.

Etiraz aksiyasını çadırlarla sosial şəbəkədə üç vətəndaş anons edibmiş. Onlar cəmiyyətə xahişlə müraciət ediblər ki, Berşuetiyə heç kim soyuq və ya odlu silahlar, eləcə də spirtli içkilər aparmasınlar. Onların yalnız bir xahişi var – “özünüzlə vətənpərvər və müsbət əhval-ruhiyyə aparın!”

Etiraz aksiyasının təşkilatçılarından biri Anna Caparidze deyir ki, əhalinin bugündə Berşuetiyə getmək fikri var və ola bilsin ki, çadırlarda aksiya bir neçə gün yenidən davam etsin. Təşkilatçılar və tələbələr işğal xəttinin yaxınlığında çadırlarda qalıblar və bügündə “işğala yox” aksiyasını davam etdiriblər.

Mənbə:netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register