Sozar Subari: Ekstradasiya halında Çabuk Avropa təcridxanasına düşəcək və orada ona işgəncə verməyəcəklər

Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçürülmüş şəxslərin, köçürülməsi və qaçqınlar naziri Sozar Subari “İmedi”nin efirində bildirir ki, əgər Mustafa Emre Çabuk Türkiyəyə ekstradasiya olunsa, o, Avropa standartlarına uyğun təcridxanaya düşəcək ki, orada işgəncəyə məruz qalmayacaq.

Subarinin sözlərinə görə, Gürcüstan Prokurorluğu konkret olaraq Mustafa Emre Çabukla bağlı konkret diplomtik zəmanətlər qəbul edib ki, nazir teleimedinin efirində sadalayıb:

1. O, beynəlxalq, Avropa standartlarına uyğun cəzaçəkmə müəssisələrinə yerləşdiriləcək və heç cür işgəncəyə, ləyaqəti təhqir edən davranışa məruz qalmayacaq;

2. İnsan hüquqları ilə bağlı Avropa Konvensiyasının üçüncü maddəsinə zidd olan heç nəyə məruz qalmayacaq;

3. Gürcüstan konsulluğunun nümayəndələrinin hər zaman imkanı olacaq ki, həmin şəxsi görsünlər və onun vəziyyətini yoxlasınlar.

Nazirin dediyinə görə, bu zəmanətlər ekstradasiya olduğu halda qüvvəyə minəcək, ancaq bu (qaçqın statusunun verilməsinə inkar cavabı)  demək deyil ki, ekstradasiya şübhəsiz olacaq: “Bu bir tərəfdir və biz etibar edirik, təbiidir çünki, burada NATO-nun üzvü olan bizim dost ölkədən söhbət gedir. Türkiyə konkret şəxsə istiqamətlənmiş  vəd və diplomatik zəmanət verirsə, aydındır ki, etibarsızlığa əsasımız yoxdur”.

Dəmirəl adına özəl kollecin meneceri, Mustafa Emre Çabuk Gürcüstanın Qaçqınlar və Köçkünlər nazirliyinin qərarı ilə qaçqın statusunun verilməsi əsaslarını qane etmir, müvafiq olaraq, ona və ailəsinə iyulun 7-də status verilməsinə dair inkar cavabı verilir. Nazirlik dünən bəyənat verib ki, Türkiyə məhkəməsi və təcridxanalarında vəziyyət məqbuldur.

Mənbə: netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register