Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Fransanın dəmir yolu vağzallarının təmiz saxlanılmasında ixtisaslaşan “Gares&Connexions” ekspertləri “Immersive Robotics” şirkətinin mühəndisləri ilə səylərini birləşdirərək binaların təmizliyinə riayət edərək insanların mədəniyyətini artıracaq robotlaşdırılmış zibilqabı yaradıblar. “B.A.R.Y.L.” adlanan qurğu vağzal ərazisində sərbəst istiqamətdə hərəkət edərək hamıya zibili qutuya atmağı tövsiyə edəcək. Süni intellektlə təchiz edilən robot insanları skan edərək zibil atmaq istəyənləri seçir. “B.A.R.Y.L.” sistemində, həmçinin elektron zibilqabının dolmasını izləyən ötürücülər quraşdırılıb. Tullantıların sayı çoxalan zaman robot zibilqabı bazaya qayıdaraq orada boşaldılır və yenidən perrona dönür. Zibilqabının polad korpusu hərəkət üçün iki təkərlə və sərnişinlərin qaranlıq vaxtı zibil atarkən qutunu dəqiq görmələri üçün göy rəngli diod işıqlarla təchiz edilib.

Telefonunuzu göz qırpmaqla və gülümsəməklə idarə edə biləcəksiniz. Yeni nəsil telefonlar barmağı ekrana toxunmaqla idarə edilir. Ancaq əlləriniz dolu isə əllə toxunmaq uğurlu deyil. Google Assistant kimi səsli idarə edən seçimlər alternativ imkan yaratsa da, insanların çox olduğu yerdə bu narahatlıq yarada bilər. Ona görə də,mütəxəssislər növbəti bir seçim imkanı hazırlayıblar. Almaniyanın Kompüter qrafikləri araşdırma İnstitutu tərəfindən hazırlanan EarFS adlı yeni cihaz hazırlanıb. Bu üz cizgilərinizin hərəkəti nəticəsində qulaq əzələlərinin gərilməsini ölçə biləcək. Bu cihaz üzünüzdə və ya başınızdakı ən kiçik hərəkətləri belə hiss edəcək qədər həssasdır.Ancaq ayaq hərəkətləri hiss etmir. Beləliklə, istifadəçilər telefona toxunmadan,hətta baxmadan zənglərə cavab verə, telefonu idarə edə biləcəklər. Bu sistem bir sıra qüsurlu şəxslərin də rahatlıqla telefon istifadə etməsinə imkan verəcək. Hələ ki, bu cihaz istifadəyə verilməyib, lakin gülüşünüzlə telefon idarə edəcəyiniz günlər uzaqda deyil.

1

“Google” korporasiyası “Gmail” elektron poçt servisindən istifadə edənlərin məktublarını “oxumağı” dayandıracaq. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib. Bundan əvvəl “Google” hədəflənmiş reklam üçün bu təcrübədən istifadə edib. Yenilik 2017-ci ilin sonuna kimi tətbiq ediləcək. Elektron məktubların oxunması dayandırıldıqdan sonra hədəflənmiş reklam istifadəçilərin sazlaması və axtarış sorğuları əsasında göstəriləcək. Korporativ müştərilər üçün nəzərdə tutulmuş “G Suite” ödənişli versiyası bu prinsip üzrə işləyir. Korporasiyanın nümayəndələri qeyd ediblər ki, onun poçt xidmətlərinin müştəriləri öz məlumatlarının məxfiliyinə əmin ola bilərlər. “Gmail” servisinin auditoriyası 1,2 milyard nəfərdən çoxdur, “G Suite” servisindən isə 3 milyondan çox şirkət istifadə edir.

2

PlayStation Now adlı bulud xidmətinin dəstəklədiyi oyun sayı 500-ü keçdi. Belə ki, artıq PlayStation 4 oyunları da bu xidmət üzərindən PC və digər cihazlarda oynanıla biləcək. “Sony”nin açıqlamasına görə, oyunları satın almadan da sistemə yükləyərək PlayStation 4-ü konsollarda və PC-də oynamaq mümkün olacaq. Qeyd edilib ki, bu günə qədər PlayStation 3 və əvvəlki nəsil oyunları ehtiva edən PS Now xidməti artıq PS4 oyunlarını da əhatəsinə alıb. Ayda 20 dollar ödənişlə istifadəsi mümkün olan PS Now-da artıq 20 ədəd PS4 oyunu mövcuddur. Bunlar arasında Killzone Shadow Fall, WVE 2K16, Darksiders II Deathinitive Edition və God of War 3 Remastered da var.

3

ABŞ-da “Volterman” startapı sahibinin smartfonunu şarj edən və oğurluq baş verəcəyi təqdirdə oğrunun fotosunu çəkən “ağıllı” pulqabı hazırlayıb. Texnoloji məhsulun istehsalını təşkil etmək üçün startap “İndiegogo” kraudfandinq platformasında maliyyə toplamaq üçün kampaniyaya başlayıb. “Volterman” smart-pulqabısı daxili batareya, kamera, GPS modulları, “Bluetooth”, Wi-Fi, bank kartlarını hakerlərin hücumundan qoruyan RFID-müdafiə və prosessorla təchiz edilib. 512 MB operativ yaddaşa, 32 GB daxili yaddaşa və rütubətdən müdafiəyə malikdir. Pulqabı “Bluetooth” vasitəsilə smartfona qoşulur. Oğurluq halında pulqabının yerini GPS vasitəsilə izləmək mümkündür. Pulqabı açılanda avtomatik olaraq oğrunun fotosunu çəkərək sahibinin smartfonuna göndərir. Bundan başqa, pulqabı WiFi şəbəkəsinə də qoşula bilir ki, onun sayəsində səyahətlər zamanı internet xərclərini azaltmaq olur. “Volterman” pulqabısı 2000 meqa/Amper/saatdan 5000 mAs-a qədər həcmə malik, 3 ölçüdə batareyalara malik olacaq. Onun köməyi ilə smartfonlar şarj ediləcək. Tərtibatçıların layihə üçün 45 min dollara ehtiyacı olmasına rəğmən, artıq 260 min dollardan çox vəsait toplanıb. Pulqabının minimal qiyməti 98 dollar təşkil edəcək.

4

“Tesla” şirkəti dünyanın ən böyük litium-ion akkumulyatorunun yaradılması üzrə tenderdə qalib gəlib. Bu barədə şirkətin bloqunda bildirilir. “Tesla Powerpack” layihəsi Avstraliyanın regionlarından birini elektrik enerjisi ilə təmin etməlidir. Layihə çərçivəsində “Tesla” bu ilin dekabrı ayına qədər 100 meqavatt gücündə akkumulyator yaratmalıdır. Layihə bir neçə külək enerjisi stansiyaları ilə birlikdə həyata keçiriləcək. “Tesla Powerpack” bərpa olunan enerji mənbələrindən enerji götürəcək və pik saatlarında elektrik enerjisi ötürəcək ki, Cənubi Avstraliyanın enerji infrastrukturunun etibarlı işini təmin etsin”, – deyə açıqlamada bildirilir.

5

“İntel” şirkəti əşyaların interneti bölməsində ixtisarlarını davam etdirir. Prosessor nəhəngi bu istiqamətdə çalışan təxminən 150 insanı işdən azad etmək niyyətindədir. Daha dəqiq desək, Santa-Kairada işləyən 97 nəfər və İrlandiya bölməsində işləyən 40 nəfər işdən çıxarılacaq. İxtisarlar avqustun 15-də baş tutacaq. Santa-Klaradakı ixtisarların səbəbi haqda məlumat yoxdur. İrlandiya bölməsindəki əməkdaşların ixtisarı isə “Galileo” platalarını dəstəkləməkdən imtina ilə bağlıdır. Xatırladaq ki, “Galileo” platalarından başqa, “İntel” şirkəti “Edison” mikto kompüterlərini və “Joule” komplektini dəstəkləməkdən imtina edib.

6

“Orwl” şirkəti fiziki müdaxilədən qorunmuş kompüterini təqdim etməyə hazırlaşır. Avqustda satışa çıxarılacaq “Orwl” kompüterinin qiyməti 1699 dollardan başlayacaq. “Orwl” kompüterini yalnız “NFC” nişan və “Bluetooth” modula malik elektron açarın köməyi ilə işə salmaq olar. Həm də açar “Orwl” kompüterinə yaxın yerləşməlidir, çünki açar kompüterdən uzaq məsafədə olduğu halda cihaz bloka düşür və parol tələb edir. “Orwl” kompüterinin yerini dəyişməyə cəhd etdikdə o, sönür və “SSD” daşıyıcısındakı bütün məlumatlar RSA-4096 standartı üzrə şifrlənir. “Orwl” kompüterinin plastik korpusuna müdaxilə cəhdi zamanı diskdəki bütün məlumatları silən protokol işə düşür. Bu, məlumatların tam toxunulmazlığına zəmanət verir. “Orwl” kompüterinin standart modeli 1,2 QHs-dək takt tezlikli “Skylake Core-M7” prosessoru, “Intel HD Graphics 515” videokartı, 8 giqabayt əməli yaddaş və 480 giqabaytadək “SSD” daşıyıcısı ilə təchiz edilib. Kompüterə “Windows”, “Linux”, “Ubuntu” və “Qubes OS” əməliyyat sistemlərini quraşdırmaq mümkündür.

7

Cənubi Koreyanın “Samsung” şirkəti yeni “Galaxy On Max” smartfonunu rəsmən təqdim edib. Yeni smartfon ötən ay təqdim edilmiş “Galaxy J7 Max” cihazı ilə oxşar olsa da, bir sıra fərqlər var. “Samsung Galaxy On Max” smartfonu metal korpusa malikdir, 5.7 düymlük “Full HD” təsvir ölçülü 2.5D IPS ekran, 8 nüvəli “MediaTek Helio P20” çipi, 4 giqabaytlıq əməli yaddaş və 32 giqabaytlıq daxili yaddaşla təchiz edilib və 256 giqabaytadək tutumda “microSD” kart dəstəyinə malikdir. “Home” düyməsinə barmaq izlərinin skaneri qurulub, akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir, 13 meqapiksellik əsas və ön kamera mövcuddur.

8

Alimlər prosessor və əməli yaddaşı özündə birləşdirən çip yaradıblar. Prosessor və əməli yaddaş arasında məlumat mübadiləsi zamanı məhdud buraxılış qabiliyyəti daha məhsuldar kompüterlərin yaradılmasına mane olan əsas problemlərdən biridir. Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutunun alimləri bu problemin həllini tapıblar. Onlar tərəfindən yaradılmış çipin prototipi özündə prosessor, yaddaş, həmçinin əlavə sensorları birləşdirir. Silisium materialından hazırlanan müasir çiplərdən fərqli olaraq, prosessor və yaddaşı özündə birləşdirən prototip karbon (qrafen) nanoborularından yaradılıb və üzərinə rezistiv yaddaş (RRAM) qatı çəkilib. Alimlərin sözlərinə görə, yaradılmış yeni çip ən mürəkkəb nano elektron sistemə malikdir. Bundan başqa, üçölçülü kompüter arxitekturası reallaşdırılıb. Məhz karbondan istifadə nəticəsində bu irəliləyiş əldə edilib, çünki silisium çiplərin istehsalı zamanı yüksək temperatur tələb olunur ki, bu da  “RRAM”-ın həssas xanalarına zərər vura bilər.

9

Qarışqa turşusu ilə işləyən avtobus yaradılıb.  Niderlandın Eyndhoven Texniki Universitetinin tələbələr qrupu qarışqa turşusu ilə işləyən dünyanın ilk avtobusunu yaradıb. Ixtiraçıların sözlərinə görə, bu, alternativ yanacaq növlərindən istifadə ilə müqayisədə daha ucuz və praktik həldir. Tələbələrin məqsədi iqlim dəyişiklikləri ilə mübarizəyə kömək edəcək zərərli tullantılarsız nəqliyyat şəbəkəsini inkişaf etdirməkdir. Məlumata görə, yeni avtobusun istifadə etdiyi yanacaq “Hydrozine” (“Hydrazine” deyil) adlanır. Bu, asan və təhlükəsiz daşınan mayedir. Qarışqa turşusu stansiyaları adi yanacaqdoldurma məntəqələri kimi görünəcək və istifadə olunacaq. Fərq isə stansiyalarda yanacağın daha təmiz olmasındadır. Avtobus zərərli qazlar əvəzinə su və karbon qazı (CO2) buraxacaq. Yanacaq qurğunun daxilində yaradılır və hazırda niderlandlı tələbələr onun üçün patent hüququ almağa çalışırlar. Orada isə “Hydrozine” katalizator vasitəsilə hidrogen və karbon qazına parçalanır. Daha sonra hidrogen mühərriki enerji ilə təmin edən elektrikin generasiyası üçün reaksiya verəcək yanacaq elementinə əlavə olunur. Avtobus “VDL” şirkətinin hazırladığı elektrik ötürücüsü ilə təchiz olunub. Yanacaq çəni 300 litr üçün nəzərdə tutulub və tədqiqatçıların sözlərinə görə, avtobus bununla 200 kilometrədək məsafə qət edə bilər. Cari ilin sonunadək nəqliyyat vasitəsindən aktiv istifadə gözlənilir.

10

“Facebook” öz əməkdaşları üçün Silikon Vadisində yaşayış yerləri tikəcək. Bunun əsas səbəbi isə hal hazırda olan yaşayış yerlərinin çatışmamazlığıdır. “Facebook” öz mərkəzi ofisindən uzaqda yerləşməyən kəndin tikilməsində iştirak etməyi planlaşdırır. Məlumata əsasən həmin yerdə təqribi olaraq 1.5 min yaşayış yeri olacaq. Bununla yanaşı şirkətdə bildiriblər ki, bütün yaşayış yerləri təkcə şirkət əməkdaşları üçün nəzərdə tutulmayacaq. Belə ki, tikiləcək daşınmaz əmlakın 15%-i bazar qiymətlərindən aşağı göstəricidə adi insanlara satılacaq. Şirkət bildirib ki, o, San Fransiskodan 72 km uzaqlıqda yerləşən Menlo-Park adlı şəhərdə yaşayış yerinin tikilməsi üçün investisiya yatırmaq istəyir. Tikinti planına əsasən ofislərin ümumi ərazisi 1.75 milyon kvadrat kilometr, satış sahələrinin ümumi ərazisi isə 125.000 kvadrat kilometr olacaq. Menlo-Park meriyası isə bu ərazidə ani olaraq insan sayının artmasından nigarandır. Şəhərin meri Kirsten Keith özü bunu bildirib. Tikintinin hazırlanması və planlaşdırılması prosesinin 2 il zaman alacağı güman edilir.

11

Çip istehsalçısı “Qualcomm” şirkəti, öz qabaqcıl texnologiyalarının olduğu bütün iPhone və iPad modellərinin satışlarına qadağa qoymaq istəyir. Bundan əlavə olaraq “Qualcomm”, “Apple”ın marketing, reklam, anbarlaşdırma, iPhone modellərinin təqdimatı və s. əməliyyatlarını dayandırmağı da tələb edir. Belə ki, “Qualcomm”, “Apple”ı 6 patent hüququnun pozulmasında ittiham edir. Həmin 6 patent üzrə işlədilmiş texnologiyalar modem və mobil şəbəkə ilə əlaqəli deyillər. Onlar cihazın müxtəlif yüklənmə səviyyələrində onun avtonom işləmə vaxtının artırılması üçün nəzərdə tutulublar. “Qualcomm”, “Apple”ın bu texnologiyaları istifadə etməsini qanunsuz və haqsız hesab edir. Beləliklə bazarda demək olar ki, hegemonluq edən bir şirkət, dünyanın ən məşhur smartfon istehsalçısı olan bir şirkət ilə açıq mübarizəyə çıxır. “Apple”ın bu dəfə “Qualcomm”un tələblərinə necə cavab verəcəyi çox maraqlıdır.

Qualcomm Chips

Texnologiya nəhəngi Samsung-un yeni bir telefonu olan TENAA göründü. Telefonun xarici görünüşü və texniki xüsusiyyətləri belədir. Yeni flaqman smartfon  telefonu Galaxy Note 8-ə fokuslanan “Samsung”,  davam etdirdiyi digər  serialar üçün də yeni cihazlar çıxarmağa laqeyd yanaşmır. Çünki bu gün “Samsung” marka yeni bir qapaqlı smartfon telefonu TENAA təsdiq alarkən ortaya çıxdı. Bu gün TENAA modelinin təsdiqini alan SM-G9298 model nömrəsi ilə, “Samsung” marka yeni bir qapaqlı telefon ortaya çıxdı. Ortaya çıxan bu yeni smartfon telefonun önə çıxan ən böyük xüsusiyyəti isə iki ekrana sahib qapaqlı bir quruluşda olmasıdır. Ortaya çıxan sənədlərə görə bu yeni smartfon telefon: Snapdragon 821 prosessor setindən, 4,2 inç ölçüsündə və FullHD (1080 x 1920) keyfiyyətində iki ədəd ekrana, 4 GB RAM / 64 GB ROM (Daxili yaddaş sahəsi), arxada 12MP -lik ön tərəfdə isə 5MP-lik kamera sensoruna və 2300 mAh bir batareyaya sahibdir. Son olaraq, SM-G9298 model nömrəsinə sahib olan bu yeni “Samsung” marka qapaqlı smartfon telefonun, Android 6.0.1 əməliyyat sistemi ilə çalışdığını və naqilsiz şarjı dəstəklədiyini də ifadə etmədən keçməyək.

13

Britaniyanın The Press Association adlı xəbər agentliyi, “Google” şirkətinin Digital News Initiative proqramı çərçivəsində 807.000$ investisiya alıb. Bu vəsait, RADAR layihəsinin reallaşması üçün xərclənəcək. Həmin layihə çərçivəsində hər ay robotlar tərəfindən yazılmış 30.000 xəbər işıq üzü görəcək. Layihənin 2018-ci ildə start veriləcəyi planlaşdırılır. Hal hazırda isə layihə üzərində 5 insan çalışır. Sözügedən 5 şəxs, rəsmi açıq mənbələr vasitəsilə tibb, kriminal və s. kimi xəbərləri avtomatlaşdırmağa çalışırlar. Güman olunur ki, RADAR layihəsi, dəyərliliyi baxımdan daha effektiv kontent hazırlayaraq reklam və digər mənbələrdən yetəri gəlir əldə edə bilməyən yerli qəzet və saytlara yardımçı olacaq. The Press Association-un redaktoru Pete Clifton-un fikrincə RADAR, insanı jurnalistikada tamamilə əvəz edə bilməyəcək. “Professional jurnalistlərə həmişəki kimi tələbat olacaq. Lakin RADAR öz süni zəkası vasitəsilə insanın, öhdəsindən gələ bilmədiyi xəbər səviyyəsini qaldıracaq” – deyə o bildirib. Bu cümləsi ilə Clifton, ayda 30.000 xəbəri nəzərdə tutub. Baxmayaraq ki, RADAR, alqoritmləri ayarlamaq və redaktə etmək üçün jurnalistlərdən istifadə edəcək, sistemin əsas müştəriləri olacaq yerli qəzetlər rahat nəfəs alaraq baha başa gələn müxbirləri işlərindən azad edə biləcəklər. Qeyd etmək lazımdır ki, bu sistemə bənzər botlar, New York Times, Washington Post, CNN, BBC və digər məşhur agentliklərdə çalışırlar. Həmin botlar böyük həcmli məlumat və statistikaları analiz edərək onu oxucuya anlaşıla bilən mətn formasında təqdim edir.

14

“Xiaomi” şirkəti “Redmi Pro 2” modelini əvəz edəcək yeni smartfonlar seriyasını təqdim etməyə hazırlaşır. Söhbət “Xiaomi X1” smartfonunun iki modelindən gedir. “Xiaomi X1” smartfonunun modellərindən biri ikiqat kamera, 2160×1080 piksel təsvir ölçülü 5,5 düymlük displey, “Snapdragon 660” prosessoru, 3,5 mm-lik audio konnektor, barmaq izləri skaneri ilə təchiz edilib. 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malik smartfonun standart versiyasının qiyməti 339 dollar, 6 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilmiş qabaqcıl modelin qiyməti 412 dollar  təşkil edəcək. “Xiaomi X1” smartfonunun digər modeli müvafiq spesifikasiyalarla təchiz edilib, yalnız ekranı fərqlidir.

15

Populyar “Snapchat” mobil proqramının tərtibatçıları yeni imkanlar əlavə edən yeniləmə təqdim ediblər. Birincisi, indi dərcə linklər əlavə etmək olar. Bunun üçün sancaq piktoqramına sıxmaq lazımdır. Ikincisi, şəklin fonunu dəyişdirmək imkanı mümkündür. Bunun üçün qayçı ikonkasını seçib açılan menyudan yeni ikonkaya daxil olub lazımi arxa fon şablonunu seçmək lazımdır. Üçüncüsü, mobil proqramda istifadəyə verilmiş səs filtrlərinin köməyi ilə öz səsini və dostların səsini dəyişdirmək olar.

“Intel” şirkəti tamamilə yeni prosessor nüvəsinin hazırlanması ilə məşğuldur və bu, 4-5 il sonra “Core” mikro arxitekturasını əvəz edə bilər. Sözügedən şirkətin saytında yerləşdirilmiş vakansiyada deyilir ki, “Intel” şirkəti  yüksək məhsuldarlıqlı növbəti nəsil “inqilabi” nüvə hazırlayan mühəndis axtarır. İdeyalarınızın ağ lövhədən milyardlarla mikrosxem üzərinə köçürülməsini istəyirsinizsə, bizim komandaya qoşulun” – vakansiyanın təsvirində belə qeyd edilib. Şirkətin məlumatına görə, yeni komandanın vəzifəsi növbəti onillikdə hesablamaları təmin edən inqilabi mikroprosessor nüvəsi yaratmaqdır”.

16

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register