Poti ticarət mərkəzində yanğın – 500 kv.m. sahə yanıb

news4

10 iyul tarixində, səhərə yaxın, Poti ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 500 kv.m. sahə yanıb. Mərkəzə yanğın düşmə səbəbləri hələ də məlum deyil. Eləcə də, yanğın nəticəsində neçə nəfərin zərər çəkdiyi məlum deyil.

Netgazetiyə Fövqəladə Halların İdarəsi Agentliyindən bildiriblər ki, alovu söndürməyə ümumilikdə 9 yanğınsöndürən maşını cəhd göstərirmiş. Onların məlumatına görə, ilk öncə hadisə yerində Potinin yanğınsöndürən briqadaları çalışırdılar. Ancaq güclü alov olduğundan Poti portunun, Zuqdidi, Senaki və Xobi yanğınsöndürən briqadalarının yardımı da lazım gəlib.

Fövqəladə Halların İdarəsi Agentliyinin məlumatına görə, indiyə kimi alov artıq söndürülüb. Agentlikdən bildirirlər ki, yanğın haqqında məlumat onlara 112-dən daxil olub.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register