Baş-Nazir Konstitusiyanın reforması haqqında: Hazırıq, müxalif partiyalarla danışıqlara qoşulaq

news

Gürcüstanın Baş-Naziri, Qiorqi Kvirikaşvilinin məlumatına görə, hakimiyyət müxalif partiyalarla danışıqlara qoşulmağa hazırdır.

“Təəssüf ki, müxalifətin böyük hissəsi daha geniş konsensusa nail olmağımız üçün konstruktiv olaraq istiqamətlənməyib. Konstitusiyanın dəyişikliklərinin yazılması prosesində komissiya yaradılmışdı ki, orada hamının, o, cümlədən, Prezident və onun administrasiyasının qoşulmaq imkanı var idi. Bu gün məsələ iki dinləmə ilə təsdiqlənib. Biz hazırıq bir daha addım ataq ki, bu fonu müəyyən dərəcədə yumşaldacaq məsələləri tapaq və biİm tərəfimizdən hansısa səviyyədə kompromis olacaq. Bunun üçün biz hazırıq ki, müxalif partiyalarla danışıqlara qoşulaq”, – bildirib Baş-Nazir.

23 iyun tarixində Gürcüstan Parlamenti ikinci dinləmə ilə Konstitusional dəyişikliklər layihəsini dəstəkləyib. Qeydiyyatdan cəmi 115 deputat keçib və dəyişikliklər layihəsini 115-i də dəstəkləyib. Konstitusiyaya təxminən 50-dən çox dəyişiklik daxil olur.

Konstitusiyanın reforması layihəsini ikinci dinləmə ilə Parlament müxalifəti və QHT sektorunun boykotu fonunda qəbul ediblər.

Mənbə: netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register