Zestafonidə xarici turistə olunan hücumla bağlı istintaq gedir

cinayet

Zestafonda soyğunçuluq və döyülmədə ittiham olunan bir neçə nəfərə qarşı istintaq başlayıb. Təsdiqlənməmiş məlumata əsasən onlar, İranlı turistlərə hücum ediblər.

DİN-in məlumatına görə 8 iyun tarixində, Zestafonda cinayət məcəlləsinin soyğunçuluq və döyülməni nəzərdə tutan 126-cı və 178-ci maddəsinə əsasən, istintaq başlayıb. Polisin bildirdiyinə görə, hüquq mühafizəçiləri günahkarları müəyyən ediblər, indi isə müvafiq istintaq fəaliyyəti gedir. Başqa detallar haqqında suallara DİN cavab vermir.

İnqa Çubinidze adlı istifadəçi Facebook sosial şəbəkəsində yazır ki, İranlı turislərin avtobusu mağazanln yanında dayanıb və turistlər eniblər. Onun sözlərinə görə, bildiyinə əsasən, təmizliyi pozub və yerlilər buna görə hesab tələb ediblər.

Çubinidzenin sözlərinə görə, cəmi dörd nəfər olub, onlardan üçü yetkinlik yaşına çatmamış imiş. Onları saxlamayıblarş. ancaq bir nəfər yetkinlik yaşına çatmış şəxsi saxlayıblar.

Mənbə:netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register