YUNESKO Qelati Monastırını Baqrat kilsəsi olmadan dünya irsi siyahısında saxlayıb

YUNESKO-nun qərarına əsasən, Qelati dünya mədəni irsinin əsas siyahısına müstəqil statusla qayıdıb. Bu haqda məlumatı, “Netgazetiyə” “YUNESKO”nun Dünya Mədəni İrs komissiyasının mətbuat xidmətindən təsdiqləyiblər. Komissiyanın qərarına görə,dünən Qelati Monastırının sərhəddləri dəyişib və təhlükə qarşısında olan dünya mədəni irsinin siyahısından əsas siyahıya Baqrat kilsəsi olmadan keçib.

Bu haqda bəyənatı Gürcüstanın Mədəni və Aidələrin Müdafiəsi Nazirliyi də yayımlayıb. Nazirliyin məlumatına görə, Qelati Monastırı Kompleksində gedən quruluş və bərpa işləri Dünya İrs Konvensiyasının rəhbər prinsipləri ilə tam üst-üstə düşür ki, Dünya İrs Komitəsi bunu nəzərə alıb və monastırı siyahıya qaytarıb.

Bu qərarı Komitə Polşada baş tutan 41-ci sessiyada qəbul edib. Qelatidən fərqli olaraq dünya irsi siyahısına Baqrat Kilsəsi qayıtmayıb.

Qelati Monastır Kompleksi Baqrat Kilsəsi ilə birgə dünya irsi siyahısına 1994-cü ildə daxil olub. 2008-ci ildə Dünya İrs Komitəsinin tapşırığı ilə laqeydliklə Baqratın quruluş prosesinin başlaması nəticəsində, 2010-cu ildə Baqrat kilsəsi və Qelati Monastırı təhlükə altında olan dünya irsi abidələrinin siyahısına keçirilib.

Mənbə: Netgazeti.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register